REGİONLAR
Altı ayda Salyanda 22 min tondan çox tərəvəz yığılıb
Salyan, 11 iyul, Mahir Babayev, AZƏRTAC
Salyanda tərəvəz yığımının qızğın çağıdır. Məhsul istehsalçıları erkən yazda əkdikləri tərəvəz sahələrindən bu günədək 22 min 70,4 ton məhsul toplayıblar.
Rayon statistika idarəsinin rəisi Elnur Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu mövsüm salyanlı fermerlər 1447,7 hektar sahədə tərəvəz becəriblər. Torpaq mülkiyyətçilərinin gərgin zəhməti sayəsində sahələrdə gözlənildiyindən də çox məhsul yetişib. Xeyli vaxtdır ki, əkinçilər məhsulun yığımını aparırlar.
Tərəvəz sahəsinin 1331,4 hektarından 22 min 70,4 ton məhsul yığılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 min 48 ton çoxdur.
Tədarük olunan məhsulun 6,3 tonu yaşıl lobya, 139,3 tonu kələm, 171,2 tonu bibər, 3 min 503,9 tonu xiyar, 16 min 460,6 tonu pomidor, 210 tonu badımcan, 222,2 tonu sarımsaq, 88,4 tonu soğan, 272,5 tonu isə sair tərəvəz məhsullarıdır. Tədarük olunan xiyarın 864,5 tonu, pomidorun isə 1481,9 tonu rayonda mövcud olan 473 istixana kompleksindən yığılıb.