İQTİSADİYYAT


Əmanətlərin 59,8 faizi milli valyutada qoyulub

Bakı, 17 avqust, AZƏRTAC

Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 25,6 faiz artaraq iyul ayının 1-nə milli valyuta ekvivalentində 10 milyard 596,2 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əmanətlərin 59,8 faizi milli, 40,2 faizi xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 38,2 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 10,6 faiz artıb.

İyul ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,73 (1,84) manata, 100 türk lirəsinə 9,77 (11,29) manata, 100 rus rubluna 2,87 (2,36) manata bərabər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.