CƏMİYYƏT


Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Ağstafada iki rayonun sakinlərini qəbul edib

Bakı, 16 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli Ağstafada həmin rayonun və Qazax rayonunun sakinlərini fərdi qaydada qəbul edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, M.Kərimli əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar barədə vətəndaşları məlumatlandırıb. Qəbul zamanı vətəndaşlar sosial təminat növlərinə hüququn müəyyən edilməsi, əmək hüquqlarının müdafiəsi, tibbi-sosial ekspertiza və reabilitasiya, aktiv məşğulluq tədbirlərinə, özünüməşğulluq proqramına cəlbedilmə və s. məsələlərlə əlaqədar müraciət ediblər.

Müraciətlər nazirliyin aidiyyəti məsul şəxslərinin iştirakı ilə obyektiv şəkildə araşdırılaraq cavablandırılıb, sorğu xarakterli müraciətlərlə bağlı izahatlar verilib. Bir sıra müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar müvafiq tədbirlər görülməsi tapşırılıb. Eləcə də vətəndaşlardan bir qisminin müraciətlərinə əsasən onlara münasib iş yerlərinə göndərişlər verilib.

Ayrı-ayrı vətəndaşlar özünüməşğulluq proqramına, peşə hazırlığına və reabilitasiya xidmətlərinə cəlb edilmək üçün qeydiyyata alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.