Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDU

Əməliyyat düsturları və döyüş teoremlərindən aksioma doğru

Əməliyyat düsturları və döyüş teoremlərindən aksioma doğru

Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Biz bunu bilirdik, ancaq bu gün bunu bütün dünya bilir. Bu ilin aprelində təmas xəttində baş vermiş hadisələr Azərbaycan Ordusunun gücünü bir daha göstərdi. Bizim ordumuz əks-hücum əməliyyatı keçirərək Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etdi. Orada indi Azərbaycan bayrağı dalğalanır. Bu, bizim gücümüzü göstərir. Biz gücümüzü bilirik, gücümüzə əminik və düşmənin istənilən hədəfini məhv edə bilərik....

Silahlı Qüvvələrin Ali Baş Komandanı,

Prezident İlham Əliyev

Bakı, 25 oktyabr, AZƏRTAC

Müdafiə Nazirliyinin zabiti, hərbi jurnalist İsa İsmayılov apreldə erməni silahlı birləşmələrinin təxribatlarına Azərbaycan Ordusunun layiqli cavabı ilə əlaqədar düşmən tərəfinin yalan və uydurmalara əsaslanan təbliğatına dair məqalə yazıb.

AZƏRTAC məqaləni təqdim edir.

Yalan, uydurma və iftiralar üzərində qurulan

erməni təbliğatı fiaskoya uğrayır

Aprel ayında Ermənistan silahlı birləşmələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi cavab əks-həmlə əməliyyatlarından xeyli müddət keçməsinə baxmayaraq, onun nəticələri dünyada müzakirə olunmaqda davam edir. Bu mövzuda yazılara, süjetlərə bütün kütləvi informasiya vasitələri öz səhifələrində səxavətlə yer ayırır. Hadisələrdən müxtəlif qurumlar bir çox məqsədlər üçün istifadə edir. Beynəlxalq təşkilatlar münaqişənin həllində öz fəaliyyətlərinin əhəmiyyətinin azalmaması üçün təkliflər hazırlayır, dövlətlər dostluq, tərəfdaşlıq münasibətlərini, dəstəklərini nümayiş etdirmək üçün müxtəlif səviyyələrdə səfərlər təşkil edir, politoloqlar, ictimai xadimlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri xal qazanmaq, fəaliyyətlərinin, özlərinin cəmiyyət üçün dəyərli olduğunu göstərmək məqsədilə müxtəlif mövzuda tədbirlər keçirir, təhlillərlə çıxış edirlər. Bütün bu tədbirlərin, həmçinin Azərbaycan diplomatiyasının uğurlu fəaliyyətinin nəticəsində yalan, uydurma və iftiralar üzərində qurulan erməni təbliğatı fiaskoya uğrayır. 

“Dörd günlük” müharibənin nəticələrinin “təhlilində” ən çox canfəşanlıq edən təbii ki, Ermənistandır. Ötən müddətdə elə bir gün olmayıb ki, erməni elektron informasiya resursları guya dərin təhlillərə əsaslanan və Ermənistanın “qüdrətini əks etdirən” qondarma “artsax ordusu”nun qələbələrindən ağızdolusu bəhs edən yazılar, açıqlamalar yaymasınlar.

Bu tədbirlərin işıqlandırılmasında ən təmkinli, həqiqəti əks etdirən mövqe nümayiş etdirən isə Azərbaycandır. Bunun da təbii ki, çox sadə izahı var. Aprel əməliyyatlarında – dörd gün davam edən döyüşlərdə Azərbaycan qarşıda qoyulan məqsədlərinə nail oldu. Bəli, bu, müharibə deyildi, dörd günlük hərbi əməliyyatlar, əks-həmlə döyüşləri, cavab zərbələri idi. Azərbaycan hərbi rəhbərliyinin rəsmi açıqlamalarında da deyildiyi kimi, bu, ilk addım, uzunsürən fasilədən sonra bir başlanğıc idi. Dünya ictimaiyyətinin, beynəlxalq qurumların, BMT-nin məlum qətnamələrinin yerinə yetirilməsi və Azərbaycanın haqq isinə ədalətli mövqenin sərgilənməsi, işğalçı qoşunların torpaqlarımızdan sülh yolu ilə qeyd-şərtsiz çıxarılmasına sövq edilməsi və ərazi bütövlüyümüzün təmin edilməsi istiqamətində fəaliyyətimizin başlanğıcı, iradəmizin möhkəmliyinin təcəssümü idi.

Bu dörd günlük döyüşlərdə Azərbaycan Ordusunun əldə etdiklərini heçə endirmək istiqamətində ermənilərin fəaliyyətində diqqət çəkən məqamlardan biri də odur ki, onlar döyüşlərdə istifadə edilən qüvvələr nisbətini hədsiz dərəcədə şişirdirlər. Özlərinin, yəni “artsaxın gücündən, qüdrətindən” də hap-gopla, yalandan danışmaqdan, təhlillər aparmaqdan da utanmırlar. Utansaydılar, döyüşlərdə birbaşa Ermənistan silahlı qüvvələrinin iştirakını və “artsax” deyilən bir qurumun ordusunun olmadığını, yalnız qocalardan, qaçaq-quldurdan ibarət qeyri-qanuni, separatçı silahlı dəstələr olduğunu da danmazdılar. Texnikanın, silahların, əsgərlərin Yerevandan gətirildiyini və məhv edilənlərin taleyinə də məhz Ermənistanda əncam çəkildiyini rəsmi şəkildə boyunlarına alardılar. Utansaydılar, apreldəki uğursuzluqlarından başlarını itirib siyasi-diplomatik ədabazlıq nümayiş etdirərək, qondarma “Dağlıq Qarabağ respublikası”nı tanıyacaqlarını və onlara hərbi-texniki yardım gös¬tə¬rə¬cək¬lərini deməzdilər. Utansaydılar, Dağlıq Qarabağ münaqişəsinin həllində xalqların müqəddəratının həllindən danışmazdılar. Dünyada bir erməni xalqı var və erməni xalqı da bol¬şe¬viklərin hesabına öz “müqəddəratlarını həll edərək” Azərbaycanın əzəli Rəvan əyaləti əra¬zisində Ermənistan deyilən dövlət yaradıblar. Utansaydılar, bir xalqın iki-üç dövlət qurmaq istəməsinin gülünc olduğunu anlayardılar. Bu nonsensdir və ancaq erməninin ağlına gələ bilər. Əgər bir gün ABŞ-da (600 mindən bir az çox erməni yaşayır), Gürcüstanda, Fransada və digər ölkələrdə yaşayan ermənilər orada dövlət yaratmaq tələbi ilə çıxış edərsə, buna da təəccüblənmək lazım deyil. İkili standartlarla yanaşma, bəzi beynəlxalq qurumların, dövlətlərin münaqişəyə göz yumması, qəbul edilmiş qərarlara açıq-aydın hörmətsizlik edənlərin cəzasız qalması buna tam zəmin yaradır. Əgər Azərbaycan torpaqlarında iki erməni dövləti olacaqsa, onda dünyanın müxtəlif yerlərində niyə də 4-5 erməni dövləti olmasın. Bu barədə isə yəqin bizimlə birlikdə dünya dövlətlərinin də düşünməsi lap yerinə düşər.

Ermənistan tərəfi apreldə baş verənlərə dörd günlük müharibə deməklə, əvvəl də dediyimiz kimi, öz uğursuzluqlarını ört-basdır etməyə, Azərbaycan Ordusunun qələbəsinin əhəmiyyətini azaltmağa, eləcə də özlərinin xəyali “güc” və “qüdrətlərini” Ermənistan silahlı qüvvələrində baş alıb gedən anarxiyanın, özbaşınalığın, mənfi halların kölgəsindən çıxarmağa cəhd göstərir. Eyni zamanda, Ermənistanın kriminal hərbi-siyasi rejimi, pafoslu çağırışlar, şüarlar, uydurma, şişirdilmiş vətənpərvərlik çağırışlarından “ruhlanaraq döyüşə atılmaq istəyən könüllü” şəxsləri də səngərlərə cəlb etməklə ön xətdə qorxudan titrəyən və anlamadıqları ideyalar üçün mənasız yerə ölmək istəməyən erməni gənclərini qismən də olsa sakitləşdirməyə çalışırlar.

Əməliyyat düsturları

Amma onlar başa düşmək istəmirlər ki, ucuz şan-şöhrət, pulsuz yemək, özünü reklam, sosial şəbəkələrdə piar kampaniyasında iştirak xətrinə işğal olunmuş Azərbaycan torpaqlarına “yollanan” bu qocalarla ordularını, özlərini “pazor”dan xilas edə bilməyəcəklər. İşğal olunmuş torpaqlarımızda məhv ediləcəklərini, ağır yaralanaraq şikəst olacaqlarını bilən daha neçə erməni ön xəttə yollanacaq? Hələ neçə erməni ailəsi mənasız yerə, boş vədlər uğrunda ölən gənc övladlarını buraya göndərəcək? Yalnız dörd günlük “müharibə”də yüzlərlə itki verən ermənilər Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etmək uğrunda həqiqətən müharibəyə başlayarsa onda minlərlə itki verəcəklərini yəqin hələ dərk etmirlər. Bax, onda erməni tərəfi, kriminal hərbi-siyasi rejim bu barədə nələr yazıb, nələr danışıb əhalisini sakitləşdirəcək? Çünki Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, düşmənə veriləcək cavabı daha sərt, daha dağıdıcı, dəhşətli olmaqla onu çökdürəcək və məhvinə səbəb olacaq. Ermənilər, bax, bunu da unutmasınlar. Həm də nəzərə alsınlar ki, Azərbaycan bütün sahələrdə, ən əsası ehtiyatlar sarıdan Ermənistandan qat-qat üstündür.

Bu əməliyyatlar ermənilər üçün həqiqətən çox gözlənilməz oldu. Ona görə də üstündən uzun müddət keçməsinə baxmayaraq, hələ də ermənilər bağıraraq buna “dörd günlük müharibə” deyirlər. Onlar anlayırlar ki, döyüşlər nə vaxtsa olacaq. Amma onlar elə lovğalanırdılar və özlərindən o qədər razılıq azarına aludə olmuşdular ki, Azərbaycan Ordusunun bu əks-zərbə əməliyyatlarına məhz bu təxribatlardan sonra başlayacağına inanmaq istəmirdilər. Şükürlər olsun ki, Azərbaycan əsgərinin qüdrəti erməniləri lazım olan çox şeyə inandırdı. Özlərinin yalançı, uydurma güc, qüdrətlərindən danışan ermənilərin inanmaq istəmədikləri, qəbul etmək istəmədikləri bir nüans da ondan ibarət idi ki, biz onların gücünü yoxlamaq, sınamaq fikrində deyildik. Onların “gücünə” də, “qüdrətinə” də bələdik. Bilirik ki, bu münaqişənin həllinə ədalətlə yanaşılsa, qərəzli mövqe olmazsa, ermənilər özləri vuruşmaq istərsə, onda biz işğalçı, oğru, quldur erməniləri, “yaba ilə, zopa ilə döyə-döyə bostanımızdan” çıxararıq.

Biz öz gücümüzə bir daha əmin olmaq üçün bu addımı atdıq. Ordumuz öz gücünü, mənəvi-psixoloji səviyyəsini, döyüş ruhunu, bacarığını, öyrəndiklərinin praktiki döyüşdə tətbiqini yoxlamaq, sınamaq üçün inamlı addım atdı. Şəhidlər verdi, lakin torpaq azad etdi, yüksəkliyi nəzarətə götürdü, əhalimizin təhlükəsizliyinə zəmin yaratdı, öz gücünə bir daha əmin oldu.

Aprel hadisələri öz təməlini 1994-cü ilin Horadiz əməliyyatlarından götürsə də, Ordumuz ilk olaraq əməliyyat düsturlarının həllindən başladı. Mövqeləri möhkəmlətdi, təlimlər keçdi, mənəvi-psixoloji vəziyyətini yüksəltdi, döyüş ruhunu gücləndirdi, təlim mərkəzlərində döyüş vərdişlərini təkmilləşdirdi, yeni silah və texnikadan səmərəli, effektiv istifadə qaydalarını mükəmməl öyrəndi, ən müasir texnologiyaların tətbiqi sirlərinə yiyələndi. Düşmən təxribatlarının cavabını verə-verə gücləndi, quruculuq işləri ilə məşğul oldu, qüdrətini artırdı. İlk olaraq, qarşı tərəf təxribat törətdikdə, atəşkəsi pozduqda onun cavabını artıqlaması ilə verərək susdurdu. Bəyan etdik ki, həlak olan hər bir hərbçimizin əvəzində 10 düşmən məhv ediləcək. Xəbərdarlıq etdik ki, əgər erməni gəncləri mənasız yerə ölmək istəmirlərsə, işğal olunmuş torpaqlarımızdan çıxıb getsinlər, kəndlərimizi, yaşayış məntəqələrimizi atəşə tutmasınlar. Əks halda cavabları sərt və dağıdıcı olacaq.

Döyüş teoremlərindən aksioma doğru

Sonra müdafiə nazirinin tapşırığına əsasən, Ordumuz döyüş teoremlərini həll etməyə başladı. Atəşkəsi pozan düşmənə etdiyimiz xəbərdarlıqdan sonra onun mövqelərinə, atəş nöqtələrinə cavab zərbələri endirməyə başladıq. Dedik ki, əgər təxribatlar davam edərsə, işğal olunmuş ərazilərimizdə hərəkət edən əsgər, hərbi texnika, uçan hərbi obyekt, infrastruktur məhv ediləcək. Dedik və əməl etdik, sübuta yetirdik ki, biz buna qadirik. Həmin dövrdə bir neçə ay ərzində düşmənin təxribatlarının, hücumlarının qarşısının alınması zamanı verdiyi itkilər, silah-sursatı ataraq qaçması, mövqelərimiz üzərində uçmağa cəhd göstərən düşmən PUA-larının məhv edilməsi və ən əsası, mövqelərimizə hücum etməyə cəhd göstərən düşmən helikopterinin məhv edilməsi ilə ordumuz bir daha sübut etdi ki, o döyüş teoremlərini də uğurla həll edə bilər.

Sonda apreldə əldə etdiyimiz uğurdan bir daha danışmaq istərdim. Ordumuz tərəddüd etmədən qarşıya qoyulmuş “cəbhəboyu zonada yaşayış məntəqələrimizin və dinc sakinlərimizin atəşə tutulmasına cavab vermək, insanların təhlükəsizliyini təmin etmək, strateji yük¬sək-likləri, müəyyən əraziləri azad etməklə, möhkəmlətməklə taktiki üstünlüyə nail olmaq” kimi döyüş tapşırığını yerinə yetirdi. Əsgərimizin gücünü, qüdrətini görən, öz üzərində hiss edən düşmən anladı ki, əgər xain əməllərindən əl çəkməsə, ona bir daha sərt cavab, layiqli dərs veriləcək. Bunların hamısına Azərbaycan Ordusu apreldə əldə etdiyi qələbə ilə nöqtə qoydu və tariximizə daha bir neçə qürurverici günlər yazdı.

Torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin olunması bir aksiomadır. Aprel döyüşləri göstərdi ki, Silahlı Qüvvələrimizin gücü, qüdrəti bu aksiomun bərqərar olmasına yetərlidir. Azərbaycan əsgəri sübut etdi ki, dünya ictimaiyyəti bu məsələnin sülh yolu ilə həllinə nail ola bilməsə, münaqişənin hərbi yolla həlli - Azərbaycanın işğal altında torpaqlarının azad edilməsi mümkündür. Azərbaycan əsgəri bu müqəddəs vəzifənin yerinə yetirilməsində əzmlidir. Bunun üçün ölkəmizin iqtisadi, hərbi qüdrəti və Ordumuzun döyüş ruhu yetərincədir. Bu gün Ordumuz yenə də gündəlik xidməti-döyüş vəzifələrini inamla yerinə yetirərək, təlim meydanlarında döyüş təcrübəsini, peşəkarlığını artırmaq istiqamətində səylərini davam etdirir. Hər kəs əmin ola bilər ki, Silahlı Qüvvələrimiz xalqımızın iradəsi, Ali Baş Komandanın əmri ilə yenidən irəli atılmağa və torpaqlarımızı işğaldan azad etməyə hazırdır və qadirdir.

İsa İsmayılov

Hərbi jurnalist

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü başlayıb YENİLƏNƏCƏK

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Azərbaycanda hakimlərin müstəqilliyinin gücləndirilməsi istiqamətində qanunvericiliyə edilmiş son dəyişiklikləri Avropa hakimləri yüksək qiymətləndiriblər

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB