ELM VƏ TƏHSİL
Amerikalı alimin qədim stolüstü oyunlarla bağlı elmi təqdimatı olacaq
Bakı, 13 aprel, AZƏRTAC
Qədim stolüstü oyunların Mesopotamiyanın mədəni təsiri altında Azərbaycanda da geniş yayılması mümkündür.
AZƏRTAC xəbər verir ki, bu fikri ABŞ-ın Arizona Dövlət Universitetinin və Amerika Təbii Tarix Muzeyinin əməkdaşı Valter Krist Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda keçirilən görüşdə səsləndirib.
Görüşdə mövzu ilə əlaqədar institutun elmi şurasında amerikalı alimin elmi təqdimatının keçirilməsi barədə razılıq əldə olunub.
Qeyd edək ki, qədim Misir, Mesopotamiya, Kipr, antik yunan mədəniyyətləri üzrə ixtisaslaşan Valter Krist qədim sivilizasiya mərkəzlərində stolüstü oyunların tarixini araşdırır və mövzu üzrə bir sıra elmi əsərlərin müəllifidir.