CƏMİYYƏT


Əmircan qəsəbəsində 400 ağac əkilib

Bakı, 1 dekabr, AZƏRTAC

Suraxanı rayonunun qəsəbələrində ağacəkmə kampaniyası uğurla davam etdirilir.

AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası Əmircan qəsəbəsi Səttar Bəhlulzadə küçəsinin kənarlarında aparılıb. İməcilik zamanı ərazidə təmizləmə və abadlıq işləri görülüb, mövcud yaşıllıqlara qulluq edilib və 400-dən artıq yeni ağac əkilib.

Aksiyada Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşları, qəsəbə bələdiyyələri, sənaye, səhiyyə müəssisələri və mənzil-kommunal təsərrüfatı əməkdaşları olmaqla ümumilikdə 200 nəfər iştirak edib.

Rayonda ağacəkmə aksiyaları mövsümün sonuna qədər davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.