İQTİSADİYYAT
Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı sahəsində müasir metodlardan istifadə edir
Bakı, 2 oktyabr, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı və bu sahədə tətbiq edilən yeniliklərlə bağlı vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində müasir metodlardan istifadə edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri oktyabrın 2-də Açıq Hökumətin Təşviqinə Dair Hökumət Vətəndaş Cəmiyyəti Dialoqu Platforması çərçivəsində "Daşınmaz əmlakın qeydiyyatında şəffaflıq, əlçatanlıq və innovasiyalar" mövzusunda ictimai dialoqda Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev deyib.
Ə.Nuriyev vurğulayıb ki, çıxarışların elektron formata keçirilməsi, qeydiyyat sənədlərinin verilmə müddətinin azaldılması vətəndaşlar üçün yaradılan rahat şəraitdən xəbər verir.
Tədbirdə qeyd edilib ki, komitə tərəfindən istifadəyə verilən 39 elektron xidmətin 26-sı daşınmaz əmlakın qeydiyyatı sahəsinə aiddir.