İQTİSADİYYAT
“Amrahbank” birinci rübü 1557,9 min manat mənfəətlə başa vurmuşdur
Bakı, 21 aprel (AZƏRTAC). Cari ilin birinci rübünün nəticələrinə görə “Amrahbank” ASC-nin mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə on dəfə artaraq 1557.9 min manat təşkil etmişdir.
Bankdan AZƏRTAC-a bildirmişlər ki, bu dövrdə “Amrahbank”ın gəlirləri 60,2 faiz artaraq 5421,10 min manat, xərcləri 19,82 faiz artaraq 3863,20 min manat, aktivlərinin həcmi 22,7 faiz artaraq 105239,64 min manat, kredit portfeli 47,25 faiz artaraq 83919,5 min manat, istehlak kreditlərinin həcmi 96 faiz artaraq 22643,1 min manat, depozit portfeli 9,3 faiz artaraq 60228,7 min manat, əhalinin əmanətləri 14,71 faiz, artaraq 44823,8 min manata çatmışdır.
Eyni zamanda, bankın məcmu kapitalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,10 faiz, ilin əvvəli ilə müqayisədə 6,1 faiz artaraq 27529,76 min manat, o cümlədən nizamnamə kapitalı 17,34 faiz artaraq 17256,1 min manat olmuşdur.