SİYASƏT
Anadolu Agentliyi Azərbaycan-Türkiyə əlaqələri ilə bağlı infoqrafika yayıb
Ankara, 26 fevral, AZƏRTAC
Prezident Rəcəb Tayyib Ərdoğanın fevralın 25-də Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasında iştirak etmək üçün Azərbaycana səfəri ilə bağlı Türkiyənin Anadolu Agentliyi tərəfindən infoqrafika yayılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan və Türkiyənin dövlət bayraqlarının da yer aldığı infoqrafikada səfərin məqsədi, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin əsasları, iki ölkənin ortaq hədəfləri, ticarət dövriyyəsinin dinamikasına aid proqnoz, yeni anlaşmalar və s. barədə məlumatlar əksini tapıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara