SİYASƏT


Ankarada Azərbaycanın hərbçi həkimlərinə rütbə və diplomlar təqdim olunub

Ankara, 1 iyul, AZƏRTAC

Türkiyənin Tibb Elmləri Universiteti Gülhanə Elmi və Tədqiqat Xəstəxanasının Tibb Fakültəsinin məzunlarının növbəti buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, məzunlar arasında bir nəfər Azərbaycanın Müdafiə Nazirliyi, iki nəfər Dövlət Sərhəd Xidməti, bir nəfər Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu olmaqla ümumilikdə dörd nəfər Azərbaycan Silahlı Qüvvələrinin yeni leytenant hərbi rütbəsi almış hərbi həkimlərinə diplomlar verilib.

Diplomlar məzunlara Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində Silahlı Qüvvələrin Hərbi Attaşelik Aparatının nümayəndəsi mayor Tural Məmmədov tərəfindən təqdim edilib.

Mayor T.Məmmədov ilk hərbi rütbələrinin sevincini və qürurunu yaşayan gənc həkimləri diplom və hərbi leytenant rütbəsi almaları münasibətilə təbrik edərək, onlara Azərbaycanın gələcəyi, Silahlı Qüvvələrimizin qüdrətlənməsi, dövlətimizin və ölkəmizin müdafiə qüdrətinin daha da yüksəldilməsi naminə gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.