CƏMİYYƏT
Ankarada Xocalı ilə Qızılcahamam arasında Qardaşlaşma haqqında sənəd imzalanıb
Ankara, 28 fevral, AZƏRTAC
Ankarada Türkiyə paytaxtının Qızılcahamam rayonu ilə Azərbaycanın Xocalı rayonu arasında Qardaşlaşma haqqında anlaşma sənədi imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədi Qızılcahamam rayonu bələdiyyəsinin sədri Süleyman Acar və Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov imzalayıblar.
Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim imzalanma mərasimində iştirak edib.
Qeyd edək ki, 2014-cü ildə Qızılcahamam rayonunda Xocalı Abidə-Muzey Kompleksinin açılışı olub. Bu muzey kompleksi fasiləsiz olaraq ziyarətçiləri qəbul edir. Hər il Xocalı soyqırımının ildönümündə ənənəvi olaraq burada anma mərasimi təşkil olunur.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara