MƏDƏNİYYƏT
Ankarada görkəmli qazax şairi Mukağali Makatayevin şeirlər kitabının təqdimatı olub
Ankara, 23 iyun, AZƏRTAC
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Mərkəzi qərargahında görkəmli qazax şairi Mukağali Makatayevin anadan olmasının 90-cı ildönümü münasibətilə mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, böyük sənətkarın TÜRKSOY tərəfindən hazırlanan “Son durnalar gedərkən” kitabının təqdimatının da keçirildiyi mərasimdə rəsmi şəxslər, türk dünyasının tanınmış simaları, elm və mədəniyyət adamları iştirak ediblər.
TÜRKSOY baş katibi Düsen Kaseinov, Qazaxıstanın mədəniyyət və idman nazirinin müşaviri Erlan Jurınbayev, bu ölkənin Türkiyədəki səfiri Abzal Saparbekuly və başqaları Mukağali Makatayevin zəngin mənalı həyat və yaradıcılığından bəhs ediblər.
Yeddi dildə nəşr olunan “Son durnalar gedərkən” kitabı iştirakçılara hədiyyə olunub. Baş katib Düsen Kaseinovun “Ön söz” yazdığı kitabın Azərbaycan dili bölməsi tanınmış şair Əkbər Qoşalı tərəfindən tərcümə olunub və nəşrə hazırlanıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara