SİYASƏT
Anri Orimon: Fransada hər kəs “Xarqo”nun cəsarətindən danışır
Veysak, 9 may, AZƏRTAC
Müqavimət Hərəkatı uşaqlığıma təsadüf etdiyi üçün Əhmədiyyə Cəbrayılovu şəxsən görməmişəm. Ancaq onun haqqında çox eşitmişəm. Həmişə də onun cəsarətindən danışılıb. Fransanın azadlığı uğrunda mübarizəyə xarici əsgər kimi qoşulması artıq “Xarqo” haqqında hər şeyi deyir. Onun necə cəsarətli olmasından xəbər verir.
Bu fikirləri Kabertat Partizan Hərəkatı döyüşçülərinin anım tədbirlərinin bayraqdarı Anri Orimon AZƏRTAC-a müsahibəsində söyləyib. Bildirib ki, Kabertat Partizan Hərəkatı Üçüncü Qusar polkunun sıralarında döyüşmüş əsgərlərin xatirəsi həmişə yad edilir. O isə bu tədbirlərdə həmişə bayraq saxlayaraq onların xatirəsini yad edir.
Fransanın azadlığı uğrunda döyüşən partizanların xatirəsinin anımında həmişə bayraq daşımaqla iştirak etmişəm. Onların xatirəsi hər bir veysaklı üçün əzizdir.
Qeyd edək ki, silahdaşları Əhmədiyyə Cəbrayılovu “Xarqo” adlandırıblar.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Veysak