İDMAN
Anton Kolobov Bakıda keçirilən aerobika üzrə Avropa çempionatında gənclər arasında qalib olub
Bakı, 26 may, AZƏRTAC
Rusiya gimnastı Anton Kolobov Bakıda təşkil edilən aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatında gənc gimnastların yarışında fərdi kişi proqramında 21,100 balla fəxri kürsünün ilk pilləsinə yüksəlib.
AZƏRTAC xəbər verir ki, yarışda ikinci yeri 20,900 balla ispaniyalı Migel Mane Qabarro əldə edib. Bürünc medalı isə 20,550 balla rumıniyalı gimnast Daniel Tavok qazanıb.
Qeyd edək ki, mayın 26-da Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının final mərhələsi start götürüb.
Final mərhələsində böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aerodans, aerostep (yalnız böyüklər) proqramında yarışırlar.
Çempionatda 22 ölkədən 400-ə yaxın böyük və gənc gimnast qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aerodans, aerostep (yalnız böyüklər) yarışlarında mübarizə aparırlar.