İDMAN


Aprel döyüşləri şəhidlərinin xatirəsinə həsr olunmuş peşəkar boks gecəsi təşkil olunub

Bakı, 12 aprel, AZƏRTAC

Bakıda Azərbaycan Peşəkar Boks Federasiyası Komissiyasının dəstəyi və “Karapapak Fight Club and Promotion”un təşkilatçılığı ilə Aprel döyüşləri şəhidlərinin xatirəsinə həsr olunmuş peşəkar boks gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, qonaqlar arasında Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Polad Həşimovun qardaşı, şəhid ailələrinin övladları və qazilərimiz yer alıblar.

Gecədə müxtəlif çəki dərəcələri üzrə 10 döyüş baş tutub. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Kənan Hüseynəliyev (53,5 kq), Rauf Ağayev, Nihat Abdullayev (hər ikisi 57 kq), Şamil Əsgərov (59 kq), Seymur İsayev (63,5 kq), İsmət Eynullayev (79,4 kq), Malik Məmmədzadə, Elnur Məmmədov, Taryel Cəfərov (hər üçü 91 kq) və Kazım Umudov (ağır çəki) qələbə qazanıblar.

Qeyd edək ki, bu, 2022-ci ildə komissiyanın dəstəyi ilə keçirilən sayca 4-cü peşəkar boks gecəsidir.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.