CƏMİYYƏT
Apreldə xüsusi qayğıya ehtiyacı olan insanlara həsr edilmiş III “Fərqli Fərdlər” konqresinə qeydiyyat davam edir!
Bakı, 15 aprel, AZƏRTAC
Aprelin 17-18-də xüsusi qayğıya ehtiyacı olan insanlara həsr edilmiş III “Fərqli Fərdlər” Konqresi onlayn formatda keçiriləcək.
“Caspian Event Organisers” (“CEO”) şirkətindən AZƏRTAC-a verilən məlumata görə, builki konqresin fərqli cəhəti ondan ibarətdir ki, tədbirin əhatə etdiyi mövzular daha da genişlənərək, nəinki xüsusi qayğıya ehtiyacı olan uşaqları, eləcə də böyükləri ehtiva edəcək. Tədbir çərçivəsində əsas diqqət pandemiya ilə əlaqədar ekstremal iş şəraitində, o cümlədən hərbi əməliyyatlarda iştirak edən şəxslərin sosial-psixoloji adaptasiyası probleminə yönəldiləcək.
Konqresdə ABŞ, Almaniya, Avstraliya, Azərbaycan, Böyük Britaniya, Çex Respublikası, Finlandiya, İsrail, İsveç və Rusiyadan olan mütəxəssislərin iştirakı ilə aşağıdakı istiqamətdə müzakirələr aparılacaq: Bizim barədə bizsiz kəlməsiz - autizm haqqında bütün məlumatlar ilk mənbədən; Diaqnoz - ilk addım; İnklüziv məktəb bu gün - miflər və reallıq; Məktəbdən həyata - Xüsusi qayğıya ehtiyacı olan insanların məşğulluğu; Fərqli insanlar üçün fərqli mühit; Gözəgörünməz diaqnozlar - Bipolyar affektiv pozuntusu, kleptomaniya, uşaqlarda və yeniyetmələrdə Obsessiv Kompulsiv Pozuntu; Biz birlikdə güclüyük - Pandemiya dövründə xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələrinə kömək; Müharibə, pandemiya və fərqli insanlar.
“Fərqli Fərdlər” onlayn formatda konqresin saytında Azərbaycan, ingilis və rus dillərində yayımlanacaq.
Konqresin tam proqramı ilə aşağıdakı linkə daxıl olaraq tanış ola bilərsiniz: https://ferqliferdler.az/az-programme/
Qeydiyyat davam edir! “Fərqli Fərdlər” 2021 Konqresində iştirak etmək üçün qeydiyyatdan keçmək zəruridir: https://ferqliferdler.az/az-register/
“Fərqli Fərdlər” haqqında ən son xəbərləri “Facebook” səhifəsində izləyə bilərsiniz: https://www.facebook.com/ferqliferdlercongress/
Ötən illər “Fərqli Fərdlər” konqresində edilən çıxışlar ilə buradan tanış ola bilərsiniz: https://ferqliferdler.az/az-multimedia/39-2020.html .