ELM VƏ TƏHSİL


“Aquahack” yarışmasının qalibi olan Azərbaycan Texniki Universitetinin komandası mükafatlandırılıb

Bakı, 29 iyul, AZƏRTAC

“Aquahack” ilk virtual hakaton yarışmasının əsas qalibi olan Azərbaycan Texniki Universitetinin (AzTU) “Arducoman” komandasının üzvlərinə fəxri fərman, sertifikat və mükafat təqdim olunub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, mükafatlandırma mərasimində rektor Vilayət Vəliyev və “Hackathon Azerbaijan” layihəsinin rəhbəri Rəşad Əliyev iştirak edib. Onlar komandanın üzvlərini təbrik edib, qaliblərə yeni uğurlar arzulayıblar.

Xatırladaq ki, “Aquahack” Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin İnkişaf Proqramının “Hackathon Azerbaijan” layihəsi çərçivəsində mövcud su problemlərinə texnoloji həllər tapmaq və suyun həyati əhəmiyyətinə dair maarifləndirmə işinə dəstək vermək məqsədilə keçirdiyi su mövzusunda ilk virtual hakatondur.

Yarışma suyun kəmiyyət və keyfiyyətinin qorunması və su ehtiyatlarına təzyiqlərin azaldılması üçün texnoloji ideyalar və həllər təklif etmək məqsədilə keçirilib.

AzTU-nun “Arducoman” komandası münsiflər heyətinin qarşısında öz layihəsini virtual formada təqdim edərək 30-dan çox komanda arasından ən yüksək bal toplayıb və yarışmanın qalibi olub. Qalib komanda 5 min manat mükafat qazanıb. Bundan başqa, AzTU-nun Elmi şurasının qərarı ilə tələbələr universitet tərəfindən də mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.