İDMAN
“Araz-Naxçıvan” klubu UEFA Çempionlar Liqasına hazırlığı davam etdirir
Bakı, 4 avqust, AZƏRTAC
UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Araz-Naxçıvan” futzal klubu hazırlığı davam etdirir.
AZƏRTAC xəbər verir ki, tibbi müayinədən keçən Azərbaycan çempionu fiziki çalışmalara üstünlük verir. Futzalçılar bu məqsədlə gündə bir dəfə Bakı İdman Sarayının parketinə ayaq basırlar. Hazırda məşqçilərin sərəncamında ikisi qapıçı olmaqla 11 futzalçı var. Yeni transferlər - Conatas Felipe və Emanoel Rodriges, eləcə də İsak Surğalı isə avqustun 5-də komandaya qoşulacaq.
Qeyd edək ki, “Araz-Naxçıvan” Çempionlar Liqasının ilkin mərhələsində avqustun 21-də “Europa” (Cəbəllütariq), ertəsi gün “Kampuksen Dinamo” (Finlandiya), avqustun 24-də isə “Raba” (Latviya) klubu ilə qarşılaşacaq. Təmsilçimizin yer aldığı qrupun oyunları Latviyada təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]
Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
- 26.04.2024 [15:13]
"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq
- 26.04.2024 [14:42]