DÜNYA


Argentinada yeni prezident seçilib

Bakı, 23 noyabr, AZƏRTAC

Argentinada keçirilən prezident seçkilərində “Respublika təklifi” partiyasının nümayəndəsi Maurisio Makri qalib gəlib.

AZƏRTAC Telam agentliyinə istinadla xəbər verir ki, bülletenlərin 98 faizinin hesablanmasından sonra hakim partiyanın nümayəndəsi Daniel Sioli 48,56, Maurisio Makri isə 51,44 faiz səs toplayıb.

Sioli artıq rəqibini təbrik edib və prezident postunda ona uğurlar arzulayıb. Bundan əlavə, yeni prezidenti hazırkı dövlət başçısı Kristina Fernandes de Kirşner, həmçinin Meksika və Paraqvay prezidentləri də təbrik ediblər.

Argentinada ilk dəfədir ki, prezident seçkilərinin nəticələri ikinci turda müəyyən olunur. Seçkilərin oktyabrın 25-də keçirilən birinci turunda Daniel Sioli 37,08, Maurisio Makri isə 34,12 faiz səs toplamışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.