Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Armen Sarkisyanın müharibə dövründə atdığı addımlar tamaşanın gedişində aktyorun uğursuz improvizasiyalarını xatırladırdı

Armen Sarkisyanın müharibə dövründə atdığı addımlar tamaşanın gedişində aktyorun uğursuz improvizasiyalarını xatırladırdı

Bakı, 25 yanvar, AZƏRTAC

Ermənistanın sonu görünməyən daxili didişmələrlə müşayiət olunan siyasi həyatında daha bir yenilik var. Prezident istefa verib. Siyasi partiya təmsilçilərinin və şərhçilərin həvəslə müzakirə etdiyi istefanın bu qədər canlanma yaratması təəccüblüdür. Çünki Armen Sarkisyanın nəyin və kimin prezidenti olması o qədər də yaxşı anlaşılan məsələ deyildi. Elə istefa səbəbini açıqlayarkən Armen Sarkisyan özü də əlində heç bir səlahiyyətin olmadığı üçün ölkədə baş verən hadisələrə heç bir real təsir gücündə olmadığını əsas gətirib. Amma şübhə yoxdur ki, prezident kreslosuna əyləşdirmək ərəfəsində o zamankı hakimiyyət onun marionet olacağını ona demişdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev söyləyib.

Cavanşir Feyziyev bildirib ki, alimliyi və elmi titulları ilə tez-tez öyünən Armen Sarkisyan sükanı olmayan avtomobilin ona sürmək üçün yox, sadəcə balaca uşaqlar kimi sürdüyünü imitasiya etmək üçün verildiyini anlamamış deyildi. Üstəlik heç şübhə yoxdur ki, bu sövdələşmənin əvvəlində Sarkisyanın prezident rolunu hansı səlahiyyətlər çərçivəsində və necə oynayacağı ona Serj Sarkisyan tərəfindən ətraflı izah edilib və o da mövcud olmayan səlahiyyətlərə razı olaraq bu vəzifəyə təyin olunub. Amma hadisələr onun və onu bu kresloya oturdanların istəyindən fərqli istiqamətdə cərəyan etdi və ötən 4 il ərzində alim prezident qarşısına çıxan heç bir sualın cavabını tapa bilmədi. Məsələn, bədahətən qarşısına çıxmış 44 günlük müharibə “rejissorları” tərəfindən ona verilmiş ssenaridə yox idi. Ona görə də müharibə dövründə atdığı bütün addımlar tamaşanın gedişində səbatsız bir aktyorun uğursuz improvizasiyalarını xatırladırdı. 2021-ci ildə keçirilmiş növbədənkənar seçkilərdə Nikol Paşinyanın xalqdan “polad mandat” qazanması isə Armen Sarkisyanın sükansız avtomobilinin təkərlərini də sıradan çıxardı. Vəziyyət daha da mürəkkəbləşdi. İndi Armen Sarkisyan ona verilmiş sükansız avtomobili həm də təkərsiz irəlilətməli idi.

Müharibədə alınan ağır məğlubiyyətdən sonrakı ilk aylarda Armen Sarkisyan yeni vəziyyətdən yararlanmaqla ölkənin idarəçiliyini ələ keçirməyə gizli cəhdlər də edirdi. Bunu onun yeni hakimiyyətlə müxalifət arasında qızışan qarşıdurmalar zamanı ehtiyatlı və ikimənalı davranışlarından da sezmək olurdu. Xüsusilə, hakimiyyətə qarşı ultimatumla çıxış etmiş Baş Qərargah rəisi Onik Qasparyanla Paşinyan arasında yaşanan qarşıdurma zamanı məhz hərbçilərin mövqeyini dəstəkləyərək baş nazirin istefasında maraqlı olduğu açıq-aşkar özünü büruzə verdi. Lakin Paşinyan tərəfdarlarının ikinci dəfə seçki yolu ilə hakimiyyətə gəlməsi yeni müxalifət kimi, onların təyin etdiyi köhnə prezidenti də məyusluğa uğratdı. Siyasi qəsdin baş tutmadığını görəndə taleyi ilə barışıb daha əlverişli fürsəti gözləməyə qərar verən Sarkisyan imic uğrunda fəaliyyətə başladı. Gələcəyin nə göstərəcəyini gözləmək ümidi ilə dünyanın müxtəlif bölgələrində “ekologiya”, “sənaye inqilabı” və sair bu kimi dəbdə olan mövzular üzrə keçirilən bir sıra beynəlxalq tədbirlərə qatılmaqla özünüreklam əməliyyatına davam etdi. Amma o zaman Armen Sarkisyan hələ özündən daha hiyləgərinə rast gəldiyini başa düşmürdü", - deyə C.Feyziyev bildirib.

Milli Məclisin deputatı deyib ki, baş nazir Paşinyan hələ müharibə şokundan özünə gəlməmiş xalqdan ikinci dəfə mandat aldıqdan sonra həm müxalifətə, həm də vaxtilə onların təyin etdiyi prezidentə heç bir məhəl qoymadan hakimiyyətdə öz yerini möhkəmləndirməyə başladı. Məşhur feysbuk mühazirələrində bütün planlarını xalqla bölüşən və prezidentin mövcudluğunu belə xalqa unutduran baş nazir əl altından real hakimiyyətə yiyələnməyə can atan prezidenti qısa bir müddətdə oyundan kənar vəziyyətə sala bildi. Armen Sarkisyan xarici ölkələrdə verdiyi müsahibələrlə nə qədər mələk obrazına girməyə çalışsa da nə ölkə daxilində, nə də diaspora qarşısında güvən qazana bildi. Beləliklə, uğursuz müharibə dövründə və qalmaqallı postmüharibə dövründə real hakimiyyətə apara biləcək bütün yollar birdəfəlik bağlandı.

Cavanşir Feyziyev onu da qeyd edib ki, Armen Sarkisyan özünün dediyi kimi, riyaziyyatçı fizikdir və hadisələrə qarşılıqlı təsir mexanizmi üzrə gücün artıb-azalması məntiqi ilə baxır. Siyasi müsahibələrində yerli-yersiz müasir elmi dairələrdə dəbdə olan “kvant mexanikası” ifadəsini işlədən Sarkisyana özünün uğursuz bir siyasətçi olduğunu anlamaq üçün düz 4 il lazım gəldi. Ölkənin və xalqın taleyi ilə bağlı hökumətin qəbul etdiyi və ya qəbul etmək istədiyi ən ciddi qərarları yalnız mətbuatdan oxuyub bilən prezident nəhayət ki, özünün “arabanın 5-ci təkəri” olduğunu anladı. Adətən özünü olduğundan daha yüksək qiymətləndirməyi sevən Armen Sarkisyan üçün bunu anlamağın özü də böyük nailiyyətdir.

“Əslində, Paşinyan hərəkatının timsalında öz hakimiyyətini seçmiş erməniləri prezident kreslosunda kimin oturması heç maraqlandırmır. Seçicilər real hakimiyyətin məhz onların mandat verdiyi şəxsin əlində olduğunu yaxşı bilirlər. Amma bu istefa Ermənistanda heç də hamını qane etmir. Onun bu vəzifədə oturmağını və siyasi revanş üçün lazımi anda Paşinyana arxadan zərbə vurmağını istəyən köhnə hakimiyyət təmsilçiləri Sarkisyanın dönüklüyündən narazılıq edirlər. Vaxtilə onu tərifləyərək hakimiyyət kürsüsünə oturdan Koçaryan və Sarkisyan tərəfdarları indi ölkənin dar günündə məsuliyyətdən yaxa qurtarmaq üçün mübarizədən qaçdığını, Paşinyan hökumətinin Türkiyə və Azərbaycanla razılaşacağı sənədlərə imza atmaqdan imtina etməyə cəsarəti çatmadığını deyərək Armen Sarkisyanın kölgəsini qılınclayırlar. Amma kimin – Sarkisyanın yoxsa onun keçmiş sahiblərinin daha ağıllı olduğunu demək çətindir. Bəlkə siyasi karyerasının daşa dirəndiyinə əmin olan oyuncaq prezident doğrudan da həyatının qalan hissəsini vətəndaşı olduğu Karib adalarında sakit həyat sürməklə yaşamaq istəyir. Amma bəlkə də bu istefanın Sarkisyanın özündən başqa heç kimin bilmədiyi digər səbəbləri var. Məsələn, istefadan sonra Sarkisyanın real hakimiyyət uğrunda mübarizə aparmaq üçün yeni imiclə Ermənistan siyasi həyatına yenidən zühur etməyəcəyinə kim zəmanət verə bilər. Təəccüblüdür? – Əsla yox. Unutmayın, Armen Sarkisyan yalnız prezident vəzifəsindən istefa verib, ermənilikdən yox. Ermənilikdə isə utanc hissi kimi təəccüb hissi də ümumiyyətlə, yoxdur. Əgər Rusiyanın əyalət ali məktəblərindən birində dosent işləyən erməni alimi ermənilərin Yer üzünə “Sirius ekzoplanetindən gəlmiş ilk insanlar” olduğunu iddia edirsə, digər bir alimin – Armen Sarkisyanın da bir daha real siyasi hakimiyyətə iddia etməsi heç təəccüblü olmaz”, - deyən deputat fikirlərini sonlandırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STS 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib