İDMAN
“Arsenal”ın qapıçısı: Əsas hədəfimiz UEFA Avropa Liqasının Bakıdakı final matçının qalibi olmaqdır
Bakı, 22 may, AZƏRTAC
“Arsenal”ın çexiyalı qapıçısı Petr Çex “Çelsi” futbol klubuna qayıtması ilə bağlı yayılan iddialara münasibət bildirib.
AZƏRTAC xəbər verir ki, qapıçı karyerasını başa vurduqdan sonra “Çelsi”də idman direktoru vəzifəsində çalışacağı ilə bağlı yayılan xəbərlərə konkret fikir bildirməyib.
“Gələcək planlarımla bağlı qərarı UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunundan sonra verəcəyəm. İndi əsas hədəf Bakıda “Arsenal” ilə UEFA Avropa Liqasının qalibi olmaqdır”, deyə çexiyalı qolkiper “Twitter”dəki səhifəsində yazıb.
Qeyd edək ki, 36 yaşlı qapıçı Bakıdakı finaldan sonra karyerasını başa vuracağını açıqlayıb. P.Çex 2004-2015-ci illərdə “Çelsi”nin idman şərəfini qoruyub. O. “zadəganlar”ın heyətində 15 titulun sahibi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]
Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
- 26.04.2024 [15:13]
"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq
- 26.04.2024 [14:42]