ORDU
“Artilleriya atəşinin ustaları” beynəlxalq müsabiqəsinin iştirakçıları üçün brifinq keçirilib
Bakı, 22 avqust, AZƏRTAC
“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin başlaması ilə bağlı iştirakçılar üçün brifinq təşkil olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, brifinqdə iştirakçılara təhlükəsizlik qaydaları çatdırılıb, yarışların xüsusiyyətləri və keçirilmə şərtləri izah olunub. Həmçinin ərazinin maketi üzərində atəş və döyüş hazırlığı tapşırıqlarının yerinə yetirilmə hədləri göstərilib, poliqonun infrastrukturu və maddi-texniki bazası ilə bağlı məlumat verilib
Avqustun 25-dən başlayacaq müsabiqədə Azərbaycan Ordusu 22 hərbi qulluqçu ilə təmsil olunur.
Artilleriyaçılarımızın müsabiqəyə hazırlığı davam edir.