CƏMİYYƏT


Artrit ağrılarını azaldan təbii vasitə tapılıb

Bakı, 13 sentyabr, AZƏRTAC

AZƏRTAC “MedikForum” saytına istinadla xəbər verir ki, yeni araşdırma revmatoid artrit ilə əlaqəli ağrıları minimuma endirməyə kömək edən səmərəli vasitə olan itburnu meyvəsinə işarə edir.

Adətən bu vəziyyəti müalicə etmək üçün qeyri-steroid antiinflamatuar dərmanlar (QAİD) istifadə olunur. Bundan əlavə, xəstəliyi dəyişdirən dərmanlar və kortikosteroidlər təyin edilə bilər. Lakin bu müalicələrin çoxu qan təzyiqi, mədə xorası və qanaxma da daxil olmaqla xoşagəlməz təsirlərlə müşayiət edilir.

“Express” nəşri müəllifləri artrit zamanı ağrını azaldan təbii vasitə tapdıqları araşdırmadan bəhs etdi. “Revmatoid artritindən qaynaqlanan ağrıları azaltmağa qadir olan təbii maddələrdən biri itburnu meyvələrində tapılır”, - deyə mənbə yazır.

Alimlər revmatoid artrit xəstəsi olan 89 xəstənin iştirakı ilə ikili kor randomizə edilmiş nəzarət müayinəsi aparmışlar. Könüllülərə altı ay ərzində itburnu meyvələrinin cövhəri və ya plasebo tərkibli əlavə veriblər. Nəticələr göstərdi ki, itburnu qəbul edən qrupda oynaqların ağrısının 30% azalması və aktivlik səviyyəsinin yüksəlməsi qeydə alınıb.

Onun sözlərinə görə, bu təbii vasitənin artrit zamanı ağrının azaldılmasına təsiri Skandinaviya və Almaniyada aparılmış əlavə tədqiqatlar ilə yoxlanılıb. Ekstraktı ilə əlavələrin oynaqlarda ağrı, sərtlik və şişkinliyi azaltmağa kömək etdiyini də təsdiqlədilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.