İQTİSADİYYAT
Əsas kapitala yönəldilmiş vəsaitin 58,7 faizi tikinti-quraşdırma işlərinə sərf edilib
Bakı, 27 mart, AZƏRTAC
Yanvar-fevral aylarında əsas kapitala 1 milyard 965,2 milyon manat, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,7 faiz çox vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 27,6 faiz, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 1,8 faiz artıb. İstifadə olunmuş vəsaitin 1 milyard 342,5 milyon manatı və ya 68,3 faizi məhsul istehsalı sahələrinə, 405,3 milyon manatı (20,6 faizi) xidmət sahələrinə, 217,4 milyon manatı (11,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf edilib.
Əsas kapitala yönəldilmiş vəsaitin 1 milyard 145,4 milyon manatını və ya 58,3 faizini daxili vəsaitlər təşkil edib. Vəsaitin 1 milyard 154,4 milyon manatı və ya 58,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]