İDMAN


Əsmər və Sofiya Seyidova bacılarının növbəti medalları VİDEO

Budapeşt, 20 sentyabr, AZƏRTAC

Bazar günü səhər Macarıstanın Yasberen macar şəhərində keçirilmiş bədii gimnastika üzrə yarışda qaliblər kürsüsünün birinci və üçüncü pilləsində əkiz bacılar - Əsmər və Sofiya Seyidova yer alıblar.

AZƏRTAC xəbər verir ki, hər iki iştirakçı orijinal nömrələrlə çıxış edib. Bacılar mürəkkəb bədii gimnastika elementlərin dəqiq icrası və artistizmlə hakimləri valeh ediblər.

Bu, cari ilin yazında Macarıstanın paytaxtında keçirilmiş “Tavasi kupa” (Yaz kuboku) beynəlxalq gimnastika turnirini bürünc medulla başa vurmuş Sofiyanın birinci qızıl medalıdır.

Xatırladaq ki, həmin turnirdə qızıl medala layiq görülmüşdü. Bu dəfə isə onun mükafatları siyahısına bir bürünc medal əlavə olunub.

Gimnast bacıları yarışlara məşhur məşqçi İrina Berek hazırlayır.

 

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.