Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya və media məsələləri üzrə nazirlərinin ilk görüşü olub
Növbəti görüşün 2016-cı ildə Azərbaycanda keçirilməsi qərara alınıb VİDEO

Astana, 18 avqust, AZƏRTAC

Avqustun 18-də Qazaxıstanın paytaxtı Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) informasiya və media məsələləri üzrə nazirlərinin birinci görüşü keçirilib.

Tədbirdə ölkəmizi Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun başçılığı ilə nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) baş direktoru Aslan Aslanov, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyev daxildirlər.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənovun sədrliyi ilə keçirilən tədbirdə Türkiyə Radio və Televiziya Korporasiyasının (TRT) baş direktoru Şenol Göka, Qazaxıstanın investisiya və inkişaf naziri Aset İsekeşev, Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Altınbek Maksudov iştirak ediblər.

Görüşdə Beynəlxalq Türk Xəbər Kanalının yaradılmasına dair əlaqələndirmə qrupunun hesabatı dinlənilib, bu kanalın yaradılması ilə bağlı konsepsiya sənədi, informasiya və media üzrə birgə Əməkdaşlıq Protokolu, TDƏŞ-in milli televiziya kanalları arasında Əməkdaşlıq Protokolu, Türk Şurasının Xəbər Agentlikləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumu və üzv ölkələr arasında media sahəsində əməkdaşlığın digər aspektləri, həmçinin növbəti görüşün yerinin və vaxtının müəyyənləşdirilməsi məsələləri müzakirə olunub.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli HƏSƏNOV deyib:

- İlk növbədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bugünkü iclasının iştirakçılarını səmimiyyətlə salamlayırıq. Eyni zamanda, bu toplantının yüksək səviyyədə təşkil olunmasına görə Qazaxıstan tərəfinə təşəkkür edirik. Əminik ki, iclasda aparılan müzakirələr və qəbul olunan qərarlar ölkələrimiz arasında informasiya sahəsində əməkdaşlığın inkişafına, media qurumlarının əlaqələrinin güclənməsinə, informasiya mübadiləsinin çevik və səmərəli təşkilinə müsbət təsir göstərəcək.

Türk dünyasının inteqrasiya prosesində özünəməxsus yeri olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası uğurlu birlik modeli kimi artıq özünü təsdiq edib. Bu təşkilat həm də ölkələrimizi narahat edən mürəkkəb qlobal və regional geosiyasi prosesləri, mövcud problemləri müzakirə etmək, çıxış yolları axtarmaq və adekvat addımlar atmaq üçün olduqca vacib platformadır.

Müasir dövrdə beynəlxalq aləmdə və regionumuzda sabitliyə zərbə vuran bəzi mənfi proseslərin həm də Türk dünyasında asayişə, sülh və əmin-amanlığa təhlükə yaratması bizi narahat etməyə bilməz. Qardaş Türkiyənin qarşı-qarşıya qaldığı İŞİD və PKK terroru, hərbi-təcavüzkar ölkə olan Ermənistanın Azərbaycanın tarixi torpaqlarını işğal etməsi, hələ də öz həllini tapmamış Dağlıq Qarabağ münaqişəsi, digər bu kimi geosiyasi problemlər Türk dünyasında davamlı sülhün və təhlükəsizliyin təmin olunması naminə səylərimizin vahid məqsəd uğrunda səfərbər edilməsini zərurətə çevirən vacib amillərdəndir.

Hazırda anti-türk, islamofob dairələrin təsirində olan bəzi beynəlxalq media resursları birmənalı şəkildə qərəzli mövqe nümayiş etdirir, müəyyən siyasi qrupların göstərişləri ilə hərəkət edirlər. Xüsusən 2015-ci ildə Bakıda keçirilən birinci Avropa Oyunları ərəfəsində və yarışlar dövründə bu cür beynəlxalq media vasitələrində ölkəmizə qarşı ardıcıl şəkildə qərəzli materialların yayımlanması müasir dövrdə informasiyadan daha çox siyasi təzyiq vasitəsi kimi istifadə olunduğunu bir daha sübut edib.

Regionda əməkdaşlığın, sülhün və əmin-amanlığın tərəfdarı olan Azərbaycanın qısa müddətdə sosial-iqtisadi və siyasi sahədə əldə etdiyi böyük uğurlar təəssüflə qeyd etməliyəm ki, dünyanın bir sıra aparıcı media resurslarının səhifələrinə çətinliklə yol tapır. Bundan başqa, bir müstəqil dövlət olaraq qazandığımız uğurların miqyası genişləndikcə, bəzən müəyyən mətbuat orqanlarında bizə qarşı qərəzli, saxta ittihamlara əsaslanan hücumlar təşkil edilir.

Oxşar problemləri olan digər türkdilli ölkələrin də eyni münasibətlə qarşılaşdığını dıqqətə çatdıran Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb:

- Özünün iqtisadi-siyasi tərəqqisi ilə dünyanın bir çox aparıcı ölkəsini geridə qoyan Türkiyəyə qarşı dünya mediasında zaman-zaman aparılan çirkin kampaniya bunun bariz sübutudur. Bu gün qondarma və saxta soyqırımı iddiaları ilə Türkiyənin üzərinə hücuma keçən beynəlxalq media qurumları 1992-ci ildə Azərbaycanda ermənilər tərəfindən xüsusi amansızlıqla törədilmiş Xocalı soyqırımı mövzusunda susur. Alternativ media resurslarının az olması isə bizim əks-tezislərlə çıxış etmək imkanımızı məhdudlaşdırır. Eyni mənzərəni Türk dünyasının tərkib hissəsi olan Qazaxıstan, Qırğızıstan və digər qardaş ölkələrlə bağlı müəyyən hadisələrin dünya ictimaiyyətinə təqdim edilmə formasında da müşahidə edirik.

Bu ilin sonlarında Türkiyə “G-20” liderlərinin onuncu sammitinə, 2017-ci ildə Azərbaycan İslam Həmrəylik Oyunlarına, Qazaxıstan isə “Kazakhstan Expo” kimi dünya miqyaslı tədbirlərə ev sahibliyi edəcək. Ənənəvi olaraq bəzi Qərb təşkilatları və media qurumları tərəfindən ölkələrimizə qarşı etimadsızlıq mühitinin yaradılması cəhdlərinin yeni mərhələsinə start veriləcəyini gözləmək olar. Dili, dini, etnik mənsubiyyəti eyni olan Türkdilli dövlətlərə qarşı aparılan oxşar, sistematik kampaniyalar belə düşünməyə əsas verir ki, bu fəaliyyətlər eyni mərkəzdən idarə olunur və vahid məqsədə - ölkələrimizin inkişafına, birlik və bərabərliyinə mane olmağa xidmət edir. Bu faktlar Türkdilli dövlətlər arasında həmrəyliyin gücləndirilməsi ilə yanaşı, informasiya sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsinə, dünya ictimaiyyətində ölkələrimiz haqqında düzgün təsəvvürün yaranması üçün qlobal informasiya şəbəkəsinə obyektiv məlumatların ötürülməsinə böyük ehtiyac olduğunu əyani şəkildə təsdiq edir.

Nəzərə alınmalıdır ki, vahid informasiya məkanının mövcud olduğu müasir dövrdə informasiya dövlətlərarası münasibətlərin inkişafında mühüm amilə çevrilib, həmçinin ictimai fikrin formalaşması və ifadə olunmasını təmin edən təsirli vasitə kimi medianın əhəmiyyəti daha da yüksəlib. Buna görə də real şəraitə uyğun informasiya siyasətinin formalaşdırılması, qlobal şəbəkədə prioritetlərin müəyyənləşdirilməsi, cəmiyyətin informasiya təhlükəsizliyinin təmin edilməsi hər bir dövlətin, o cümlədən Türkdilli dövlətlərin həyatında vacib rol oynayır.

Bütün bunlara görə, hesab edirik ki, Türkdilli dövlətlərin informasiya vasitələrində qarşılıqlı əlaqənin və həmrəyliyin təmin olunması, bu məqsədlə media qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, birgə media təsisatlarının yaradılması, ölkələrimizin maraqları naminə dünyanın aparıcı KİV-ləri ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və digər bu kimi tədbirlər hazırda da öz aktuallığını saxlamaqdadır. Bu baxımdan bu gün imzalanması nəzərdə tutulan Türkdilli dövlətlərin milli televiziya kanalları arasında əməkdaşlıq protokolu və informasiya agentlikləri arasında Anlaşma Memorandumu mühüm əhəmiyyət kəsb edir.

Qlobal informasiya məkanına sərbəst çıxışın təmin edilməsinin və birgə fəaliyyətin təşkilinin əhəmiyyətindən danışan Əli Həsənov deyib:

-Ölkələrimizə qarşı aparılan qarayaxma kampaniyalarının qarşısının alınmasında qüvvələrimizin birləşdirilməsi və Türkdilli dövlətlərin qərəzli transmilli media şirkətlərindən asılılığına son qoyulması məqsədilə alternativ informasiya mənbəyinin - Beynəlxalq Türk Xəbər Kanalının yaradılması təşəbbüsü ölkələrimiz üçün tarixi əhəmiyyətə malik vacib məsələlərdən biri olmaqla yanaşı, Türk dünyasının mərkəzləşmiş xəbər siyasətinin də formalaşmasına önəmli töhfə verə bilər.

Bu sahədə əldə etdiyimiz müəyyən təcrübələr - Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA) və daha çox Türk xalqlarının milli-mədəni dəyərlərinin təbliği ilə məşğul olan TRT AVAZ kanalının uğurlu fəaliyyəti bizə belə düşünməyə əsas verir ki, Beynəlxalq Türk Xəbər Kanalının yaradılması Türkdilli dövlətlərin informasiya siyasətində daha məhsuldar bir dövrün başlanğıcı olacaqdır.

Dünya miqyasında tanınmış xəbər kanallarının təcrübəsindən istifadə etməklə yaradılacaq bu televiziya kanalı üzv ölkələrə aid siyasi, iqtisadi, sosial, mədəni, idman və digər xəbərlərin qərəzsiz və təhrif olunmamış formada beynəlxalq ictimaiyyətə təqdim edilməsində faydalı rol oynaya bilər. Eyni zamanda, xarici aləmdə cərəyan edən hadisələr beynəlxalq xəbər kanalları tərəfindən hər hansı bir ideoloji süzgəcdən keçmədən Türk Xəbər Kanalı vasitəsilə vətəndaşlarımıza çatdırılar. Nəzərə almalıyıq ki, belə bir kanal nümunəsi MDB ölkələrində də mövcuddur. Daha konkret desək, mən MDB ölkələrini əhatə edən “MİR” televiziyasını nəzərdə tuturam. Eyni zamanda, Türkiyənin də iştirak etdiyi layihələrdən biri olan “Euronews” kanalını göstərə bilərəm. Düşünürəm ki, bütün bu təcrübələrdən səmərəli istifadə olunması bizim işimizi asanlaşdıracaq. Qeyd etmək istəyirəm ki, bu kanal ölkələrin daxili işlərinə hörmətlə yanaşacaq, xüsusən bizim qonşularımızın, o cümlədən Rusiyanın, İranın, MDB-nin digər üzv ölkələrinin həyatında baş verən hadisələri obyektiv və konstruktiv şəkildə təqdim edəcək, öz fəaliyyəti ilə region ölkələri arasındakı əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə çalışacaqdır.

“Beynəlxalq televiziya kanalının yaradılması özünü zərurət kimi göstərsə də, bu kanalın təsis edilməsinin siyasi, maliyyə və idarəetmə kimi çətinlikləri tərəfimizdən dəqiqliklə müəyyən edilməli, onun fəaliyyət mexanizmi və iş prinsipləri beynəlxalq təcrübələr əsas götürülməklə işlənib hazırlanmalıdır”, - deyən Azərbaycan Prezidentinin köməkçisi bildirib:

- Fikrimizcə, kanalın təsisçisi qismində üzv dövlətlərin müvafiq televiziyalarının çıxış etməsi gələcəkdə kanalın fəaliyyətinin üzv dövlətlərin mövqeyi ilə əlaqələndirilməsi cəhdlərinin qarşısının alınması üçün məqsədəuyğun addım olardı. Bu mexanizm, eyni zamanda, müstəqil xəbər kanalı imicinin formalaşmasına və kanalın fəaliyyət çərçivəsinin daha da genişlənməsinə şərait yarada bilər. Kanalın qurulması prosesində təsisçilərin bərabər səhm hüququnun qorunması və gələcəkdə yeni üzv və tərəfdaşların onun idarə heyətində təmsil olunmasına imkan vermək üçün açıq səhmdar cəmiyyəti prinsiplərinin gözlənilməsi də vacib şərtlərdəndir.

Ölkəmizin Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişaf etdirilməsindəki rolundan danışan Əli Həsənov deyib:

- Azərbaycan Respublikası Türkdilli dövlətlər arasında qarşılıqlı əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsi işinə daim öz töhfəsini verib və bundan sonra da qarşısında duran tərəfdaşlıq öhdəliklərini tam icra etmək əzmindədir. Hesab edirik ki, Türk Şurasının informasiya nazirlərinin və mediaya məsul rəhbər şəxslərinin toplantısı ildə bir dəfə keçirilmək şərti ilə mütəmadi xarakter almalı, Türkdilli dövlətlərin informasiya siyasəti xüsusi çevikliklə müasir dövrün tələblərinə uyğunlaşdırılmalı və daim diqqətdə saxlanılmalıdır. Örnək olaraq İslam Əməkdaşlıq Təşkilatının mətbuat-informasiya nazirlərinin müntəzəm şəkildə təşkil olunan sammitlərini göstərmək olar. Bu təşkilatın adını çəkmişkən, qeyd etməyi borc bilirəm ki, biz Türkdilli dövlətlərin təmsilçiləri kimi, İslam Əməkdaşlıq Təşkilatının mətbuat-informasiya nazirləri formatı çərçivəsində fəaliyyətin əlaqələndirilməsini həyata keçirə bilərik. Bu baxımdan Astana toplantısının işini yüksək qiymətləndirir, bu gün təməli qoyulan layihələrə gələcəkdə digər türkdilli ölkələrin də qatılacağını güman edir və onların Türk dünyasının birliyində mühüm rol oynayacağına inanıram.

Azərbaycan nümayəndə heyətinin rəhbəri çıxışının sonunda vurğulayıb:

- Bugünkü toplantıya ev sahibliyi edən Qazaxıstan tərəfinə, şəxsən cənab Aset İsekeşevə yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm. Diqqətinizə çatdırmaq istəyirəm ki, razılıq olacağı təqdirdə, Azərbaycan Respublikası Türk Şurasının informasiya nazirlərinin və mediaya məsul rəhbər şəxslərinin növbəti toplantısına ev sahibliyi etməyə hazırdır.

Görüşdə Qazaxıstanın investisiya və inkişaf naziri Aset İsekeşev, Türkiyənin TRT Korporasiyasının baş direktoru Şenol Göka, Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Altınbek Maksudov çıxış edərək birgə türk kanalının yaradılması, milli informasiya xəbər agentlikləri arasında sıx əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində atılan addımların əhəmiyyətindən danışdılar. Qeyd olundu ki, TDƏŞ ölkələrinin nümayəndələrindən ibarət əlaqələndirmə qrupları əməkdaşlığa dair sənədlərin layihələrini işləyib hazırlayıblar. Bu sənədlər hər dörd ölkənin rəhbərləri tərəfindən dəstəklənir. Diqqətə çatdırılıb ki, TDƏŞ-in media strukturlarının rəhbərlərinin növbəti görüşündə əməkdaşlığın inkişafı məsələlərinin müzakirəsi davam etdiriləcək.

X X X

Sonra sənədlərin imzalanması mərasimi oldu.

Əvvəlcə İnformasiya və Media üzrə Birgə Əməkdaşlıq Protokolu imzalandı. Sənədi Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Qazaxıstanın investisiya və inkişaf naziri Aset İsekeşev, Türkiyənin TRT Korporasiyasının baş direktoru Şenol Göka, Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Altınbek Maksudov və TDƏŞ-in baş katibi Ramil Həsənov imzaladılar. Protokola əsasən ortaq Beynəlxalq Türk Xəbər Kanalının yaradılması nəzərdə tutulub.

Tədbirdə, həmçinin TDƏŞ ölkələri milli televiziya kanalları (İTV - Azərbaycan, KAZTRK və KHABAR - Qazaxıstan, KTRK - Qırğızıstan, TRT - Türkiyə) arasında Əməkdaşlıq Protokolu imzalandı. Sənədi Azərbaycan tərəfdən İTV-nin baş direktoru Cəmil Quliyev imzaladı.

Daha sonra TDƏŞ ölkələri milli xəbər agentlikləri (AZƏRTAC - Azərbaycan, KAZİNFORM və KAZCONTENT - Qazaxıstan, KABAR - Qırğızıstan, Anadolu Agentliyi - Türkiyə) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Sənədi Azərbaycan tərəfdən AZƏRTAC-ın baş direktoru Aslan Aslanov imzaladı.

Görüşdə TDƏŞ ölkələri informasiya və media məsələləri üzrə nazirlərinin ikinci görüşünün 2016-cı ildə Azərbaycanda keçirilməsi barədə yekdilliklə qərar qəbul olundu.

X X X

Sonda nümayəndə heyətlərinin rəhbərləri mətbuat konfransı keçirdilər. 

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov görüşün yekunlarına dair açıqlamasında bildirdi ki, tədbirdə imzalanan sənədlər və müzakirə olunan təşəbbüslər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəstəklənir. Birgə televiziya kanalının yaradılması məsələsinə münasibət bildirən Ə.Həsənov dedi: “Bilirsiniz ki, müasir dünyada bəzi beynəlxalq transmilli informasiya qurumları xəbər yayımını monopoliyaya götürərək istədikləri kimi həyata keçirir, öz maraqlarını reallaşdırırlar. TDƏŞ ölkələri rəhbərləri və informasiya qurumları belə qənaətə gəliblər ki, bu ölkələr arasında informasiya sahəsində əməkdaşlığı inkişaf etdirməyin tam zamanı çatıb”.

Qazaxıstanın investisiya və inkişaf naziri Aset İsekeşev, Türkiyənin TRT Korporasiyasının baş direktoru Şenol Göka, Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Altınbek Maksudov və TDƏŞ-in baş katibi Ramil Həsənov Türk Şurası ölkələri informasiya və media məsələləri üzrə nazirlərinin ilk görüşünün yüksək səviyyədə keçdiyini və gələcək əməkdaşlığın inkişafına yeni təkan verəcəyini vurğuladılar.

İlahə Əhmədova

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbirlər

Astana

Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya və media məsələləri üzrə nazirlərinin ilk görüşü olubNövbəti görüşün 2016-cı ildə Azərbaycanda keçirilməsi qərara alınıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNƏCƏK

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO