REGİONLAR
Astarada 4153,3 hektar sahədə müxtəlif növ yazlıq bitkilər əkilib
Astara, 8 iyun, Bağır Əliyev, AZƏRTAC
Astara rayonunda 2021-ci ilin məhsulu üçün yazlıq bitkilərin əkini başa çatmaq üzrədir. İyunun 1-dək rayonda 4153,3 hektar sahədə müxtəlif növ yazlıq bitkilər əkilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Astara Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, yazlıq əkinlərin 775,1 hektarını dənli və dənli paxlalı bitkilər, 970,8 hektarını kartof, 1866,8 hektarını tərəvəz, 378 hektarını bostan bitkiləri, 161,6 hektarını yem bitkiləri, 1 hektarını isə texniki bitkilər təşkil edir.
Dənli və dənli paxlalı bitkilərin 235,6 hektarını və yaxud 30,4 faizi çəltik sahələridir.
Bu il havaların əlverişli keçməsi çəltik əkininin qısa müddətdə başa çatdırılmasına imkan yaradıb. Dövlət tərəfindən çəltik əkininə görə hər hektar üçün 80 manat subsidiyanın verilməsi torpaq istehsalçılarının bu sahənin inkişafına marağını artırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:39]
Naxçıvan ASAN Vəkil Bürosu açılıb
- 07.05.2024 [19:21]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
- 07.05.2024 [18:56]
Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]