REGİONLAR


Astarada Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının yeddinci ildönümü qeyd olunub

Astara, 13 fevral, Bağır Əliyev, AZƏRTAC

Fevralın 13-də Astara şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 7-ci ildönümü qeyd olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

Toplantıda çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi, polkovnik Valeh Nəcəfov şöbənin fəaliyyəti və qarşıda duran vəzifələrdən danışaraq qeyd edib ki, rayonda səfərbərlik hazırlığı işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, xidmətə hazırlanması, müddətli həqiqi hərbi xidmətə çağırılması, yola salınması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində mühüm işlər görülüb.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin hüquq şöbəsinin müdiri Bəsti Əliyeva, rayon Veteranlar Şurasının sədri Rafiq Əliyev və başqaları şöbənin əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edərək, onlara ən xoş arzularını çatdırıblar.

Çıxış edənlər ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində qazanılan uğurlardan danışıblar.

Tədbirin sonunda Aprel döyüşlərinin iştirakçısı Orxan Əliyevə, Qarabağ müharibəsi iştirakçısı, “Azərbaycan bayrağı” ordenli Tofiq Kazımova, rayon Veteranlar Şurasının sədri Rafiq Əliyevə, ərazi icra nümayəndələrinə və onların müavinlərinə fəxri fərmanlar və mükafatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.