REGİONLAR


Astarada “Təmiz hava” aylığı çərçivəsində keçirilən növbəti reyd zamanı 30-a yaxın sürücü saxlanılıb

Astara, 12 aprel, Bağır Əliyev, AZƏRTAC

Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində reydlər davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, reydlərin keçirilməsində məqsəd nəqliyyatın sıx olduğu yerlərdə avtomobillərdən çıxan zərərli maddələrin miqdarının ölçülməsi və avtonəqliyyat vasitələrinin atmosferi çirkləndirməsinə qarşı nəzarətin gücləndirilməsidir.

Reyd zamanı xüsusi avadanlıq vasitəsilə nəqliyyat vasitələrindən çıxan qazların tərkibi yoxlanılıb, nəqliyyat vasitələrinin istismarı nəticəsində ətraf mühitə buraxılan zərərli maddələrlə bağlı sürücülərə mövcud qaydalar izah olunub.

Yoxlama zamanı avtonəqliyyat vasitələrində atmosferə buraxılan zərərli maddələrin miqdarının normadan artıq olduğu avtomobillər, yol hərəkəti qaydalarını pozan 30 sürücü saxlanılıb və onlar barəsində qanuna müvafiq tədbirlər görülüb.

Astarada “Təmiz hava” aylığı çərçivəsində keçirilən reydlər aprelin 28-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.