CƏMİYYƏT
Astarada aptekdən oğurluq edən şəxs “isti izlər”lə saxlanılıb
Bakı, 17 may, AZƏRTAC
Astarada aptekdən oğurluq edən şəxs “isti izlər”lə saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Astara şəhəri ərazisində apteklərin birindən gecə saatlarında 426 manat məbləğində pulunun oğurlanması ilə bağlı rayon polis şöbəsinə müraciət daxil olub.
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının “isti izlər”lə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyənləşdirilərək saxlanılıb.
Araşdırmalarla onun Astara şəhər sakini İ.Əhmədov olduğu müəyyənləşdirilib. Həmin şəxs törətdiyi əməli etiraf edib və oğurladığı pulların bir qismi ondan aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]