REGİONLAR
Astarada atletika üzrə yarışın qalibləri mükafatlandırılıb






Astara, 25 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Sentyabrın 25-də Astara şəhərində Gənclər və İdman Nazirliyi və "Azərbaycan İdman Könüllüləri" İctimai Birliyi tərəfindən təsdiq olunmuş 16-29 yaşlı könüllü gənclər arasında rayon və şəhərlər üzrə “Könüllülər kuboku”nun əsasnaməsinə əsasən, Astara Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla atletika üzrə yarış keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışdan əvvəl keçirilən açılış mərasimində çıxış edən Astara Rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov, şəhər 3 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi, atletika üzrə 5 qat Azərbaycan çempionu, oyunların baş hakimi Rəşad Əliyev, Rayon Gənclər və İdman İdarəsinin gənclərlə iş üzrə nümayəndəsi və könüllülər üzrə koordinatoru, oyunların katibi Abbas İbrahimli ölkəmizdə idmanın inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülmüş işlərdən, idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurlardan danışaraq, yarış iştirakçılarına uğurlar arzulayıblar.
Oğlanların 400 metr məsafəyə qaçışında Əli Məhərrəmov birinci, Həsən Məmmədov ikinci, Əli Həsənov isə üçüncü yerləri tutublar.
Yarışda fəxri yerlərə sahib olan və fərqlənən idmançılar “Könüllülər kuboku”nun təşkilatçılarının və Astara Rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.