REGİONLAR


Astarada poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib

Astara, 9 aprel, Bağır Əliyev, AZƏRTAC 

Astara şəhər 3 nömrəli tam orta məktəbdə Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən “Vətənin müdafiəsinə hazıram“ poliatlon çoxnövçülüyü üzrə Astara rayon birinciliyinin qalibləri müəyyənləşib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışda Astara şəhər 1, 2, 3, 4 nömrəli və Suparibağ kənd tam orta məktəblərinin komandaları 100 və 2000 metr məsafəyə qaçışda, turnikdən dartınmada və qumbara atmada qüvvələrini sınayıblar.

Yarışın yekun nəticələrinə əsasən, Suparibağ kənd tam orta məktəbin komandası birinci, Astara şəhər 3 nömrəli tam orta məktəbin komandası ikinci, şəhər 2 nömrəli tam orta məktəbin komandası üçüncü yerləri tutublar.

Qaliblərə Astara Rayon Gənclər və İdman İdarəsinin diplomları və hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.