CƏMİYYƏT
Astarada polis əməkdaşları iki nəfəri heroin satarkən yaxalayıblar
Bakı, 27 yanvar, AZƏRTAC
Astara rayonunun Şahağacı kənd sakini O.Quliyev heroin satarkən rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi axtarış zamanı ondan əlavə olaraq heroin aşkarlanaraq götürülüb. Davam etdirilən tədbirlərlə narkotik vasitənin ona həmkəndlisi, əvvəllər məhkum olunmuş E.Mikayılov tərəfindən satılması müəyyən edilib.
E.Mikayılov da heroin satarkən polis əməkdaşları tərəfindən saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən heroin, evindən isə 6 kiloqram 40 qram tiryək, 70 qramdan artıq metamfetamin və elektron tərəzi aşkar edilərək götürülüb.
Faktla bağlı təhqiqat davam etdirilir.