İDMAN


Atletika üzrə beynəlxalq memorialın ilk gününün nəticələri açıqlanıb

Bakı, 16 fevral, AZƏRTAC

Əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş tullanmalar üzrə XI Beynəlxalq Memorialın ilk gününün nəticələri açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Respublika Olimpiya Mərkəzində keçirilən turnirdə Azərbaycan, Rusiya və Gürcüstan idmançıları iştirak ediblər.

Turnirdə 2002-ci il təvəllüdlü və daha kiçik yaşlı oğlanlar və qızlarla yanaşı, kişilər də uzununa, üçtəkanla və yakut tullanmalarında mübarizə aparırlar.

Beynəlxalq turnirin ilk günündə üçtəkanla tullanma yarışında qızlar arasında azərbaycanlı atlet Sabrina Zralova (12.13m) birinci, Saxa Respublikasının idmançısı Valeriya Olesova (11.10m) ikinci, azərbaycanlı atlet Aysel Mexraliyeva (10.99m) isə üçüncü olub.

Oğlanlar arasında isə üçtəkanla tullanma yarışında birinci yerdə Çingiz İsrafilov (14.17m), Saxa Respublikasının atletləri Micil İllarionov (13.52) ikinci, Sergey Litkin (12.50) isə üçüncü yerdə qərarlaşıblar.

Kişilər arasında isə üçtəkanla tullanma yarışında azərbaycanlı atletlər Rüstəm Məmmədov (15.42) birinci, Hakim İbrahimov (15.22) ikinci, Saxa Respublikasının atleti Yakov Dimitriyev (14.91) isə üçüncü olub.

Bu gün isə yarışda yakut tullanmaları üzrə atletlər mübarizə aparacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.