İQTİSADİYYAT
Auditorlar Palatasının nümayəndələri Mühasiblər və Risk Peşəkarlar Assosasiyasının yaranmasına həsr olunmuş tədbirdə iştirak edib
Bakı, 13 mart, AZƏRTAC
Auditorlar Palatasının sədri Vahid Novruzov və Palatanın Şurası yanında elm və auditor fəaliyyətinin metodoloji təminatı üzrə komitənin sədri Nəcəf Talıbov Azərbaycan Mühasiblər və Risk Peşəkarlar Assosasiyasının (ARPA) yaranmasına həsr olunmuş tədbirdə iştirak edib.
Palatadan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edənlər ARPA-nın missiyası, fəaliyyət istiqamətləri və 10 ildə əldə olunan naliyyətləri barədə məlumat veriblər.
Vahid Novruzov ARPA-nın nəaliyyətlərini yüksək qiymətləndirərək bildirib ki, assosasiyanın fəaliyyəti beynəlxalq peşəkar qurumların da diqqətini cəlb edib. ARPA Dünya bankının bir sıra proqramlarına, o cümlədən STAREP və REPARIS proqramları üzrə tədbirlərə cəlb olunub. Eyni zamanda, ARPA-nın Beynəlxalq Mühasiblər Federasiyası ilə əməkdaşlıq niyyəti də tədqirəlayiqdir və Auditorlar Palatası 2018-ci ilin dekabr ayında ARPA ilə əlaqədar öz ilkin tövsiyə müraciətini IFAC-a təqdim edib.