İQTİSADİYYAT


Avni Bıçaklı: “Lapis-Lazuli” layihəsi İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri arasında ticari-iqtisadi əlaqələrin genişlənməsində böyük rol oynayır

Türkmənbaşı, 29 noyabr, Laçın Sultanova, AZƏRTAC

“Lapis-Lazuli” layihəsi İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan ölkələr arasında ticari-iqtisadi əlaqələrin genişlənməsində böyük rol oynayır.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bunu “Lapis-Lazuli” tranzit dəhlizinin iştirakçısı olan ölkələrin nəqliyyat nazirlərinin “Avaza” Milli Turizm Zonasında keçirilən Beynəlxalq konfransında İqtisadi Əməkdaşlıq Təşkilatı baş katibinin müavini Avni Bıçaklı söyləyib.

Bu aktual layihənin həyata keçirilməsi üçün hökumətlərarası əməkdaşlığın əhəmiyyətini göstərən Avni Bıçaklı deyib: “İƏT “Lapis-Lazuli” nəqliyyat dəhlizinin reallaşdırılması üçün mümkün olan hər şeyi edəcək. Bu layihə dəmir yolu daşımalarının artmasına böyük töhfə verəcək”.

Türkiyə, İran, Pakistan, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Tacikistan, Özbəkistan, Qırğızıstan və Əfqanıstanı birləşdirən İƏT baş katibinin müavini deyib: “Lapis-Lazuli” regionun nəqliyyat sisteminin sabit inkişafı yolu ilə gedir”.

“Lapis-Lazuli” marşrutu üzrə Saziş 2017-ci il noyabrın 15-də Aşqabadda Əfqanıstan üzrə VII regional iqtisad əməkdaşlıq konfransı (RECCA - Regional Economic Cooperation Conference on Afghanistan) çərçivəsində Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında imzalanıb.

Bu sənədin reallaşdırılması regionun iqtisadi inteqrasiyasını və ticarətin həcmini əhəmiyyətli dərəcədə artırmağa xidmət edir. “Lapis-Lazuli” Beynəlxalq Nəqliyyat Dəhlizi bu marşrut üzrə yükdaşımalarının həcmini artırmaq üçün yeni imkanlar açır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.