REGİONLAR
Avqustda “Azərbaycan” İES-də 826,5 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib
Bakı, 27 sentyabr, AZƏRTAC
Cari ilin avqust ayında “Azərbaycan” İstilik Elektrik Stansiyasında (İES) 826,5 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib. 2016-cı ilin 8 ayı ərzində isə stansiyada elektrik enerjisi istehsal 4 milyard 231,5 milyon kilovat-saatdan artıq olub.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, cari ili son üç ayı ərzində “Azərbaycan” İES-də 4 saylı enerji bloku təmir edilib, 7 saylı enerji bloku isə təmirə dayandırılıb. Digər enerji blokları isə təftiş edilib və aşkar edilmiş nasazlıqlar aradan qaldırılıb.
Qeyd edək ki, 8 blokdan ibarət, ümumi gücü 2400 MVt olan bu elektrik stansiyasının birinci bloku 1981-ci ildə, sonuncu bloku isə 1990-cı ildə istismara verilib.