DÜNYA
Avropa İttifaqı ilə vaksin istehsalçıları arasında qalmaqal yaranıb
Budapeşt, 29 yanvar, AZƏRTAC
“AstraZeneka” preparatını istehsal edən Britaniya-İsveç əczaçılıq müəssisəsi Avropa Komissiyasından koronavirus əleyhinə vaksinlərə sifariş alsa da, onları artıq vaxtında çatdıra bilməyəcəyini bildirib.
AZƏRTAC xəbər verir ki, bu, şirkətdən dərhal öhdəliklərinin yerinə yetirməsini tələb edən müştərilərin qəzəbinə səbəb olub.
Mətbuat xidmətinin məlumatında bildirilir ki, “növbə qaydası ilə xidmət edirik” prinsipini inkar edən Avropa Komissiyası “xüsusən müqavilədə əks olunan belə məsələlərdə ət dükanlarına qonşuluq etməyə daha yararlıdır”.
“AstraZeneka” firması isə öz növbəsində müqavilənin yerinə yetirilməsi üçün “maksimum səy göstərəcəyini” bildirsə də, tədarükün vaxtında yerinə yetirilməsinə dair heç bir vəd verməyib.
Hazırda Brüssel gizli şəkildə Böyük Britaniya üçün təyin olunan dozaların Avropa İttifaqına yönəldilməsini tələb edir. Qeyd edək ki, şirkətin iki fabriki Britaniya adalarında, digər iki fabrik isə istehsal prosesində qəzanın baş verdiyi ehtimal olunan Avropada yerləşir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]