DÜNYA


Avropa İttifaqı ölkələrinin internetləşdirilməsinin sürəti artıb

Budapeşt, 3 oktyabr, AZƏRTAC

Avropa Statistika İdarəsi - “Avrostat” Avropa İttifaqına (Aİ) üzv ölkələrdə rəqəmsal təminetmə sahəsində bu yaxınlarda aparılan tədqiqatın nəticələrini dərc edib.

AZƏRTAC xəbər verir ki, tədqiqatın nəticələrindən koronavirus pandemiyasının Aİ-yə üzv bütün ölkələrdə ümumdünya şəbəkəsindən və mobil cihazlardan istifadənin kəskin artmasına səbəb olduğu açıq-aydın görünür. Ötən il orta səviyyəli Avropa ailəsinin 91 faizinin genişzolaqlı internetə çıxışı olub ki, bu da ABŞ-dakı orta göstəricidən 1 faiz bəndi aşağıdır.

Hesabata əsasən, Avropa ailələrində internetə əlçatanlıq son 10 il ərzində daim artaraq 17 faiz bəndinə çatıb. Bütün dünyada artım orta hesabla 6 faiz bəndi təşkil edib.

Genişzolaqlı internetin ümumi həcmi Aİ-nin böyük şəhərlərində 95,6 faiz təşkil edib. Bununla belə, nisbətən inkişafdan geri qalan regionlarda bu göstərici 86 faizdən aşağı olmayıb.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.