SİYASƏT


Avropa İttifaqının nüfuzlu nəşrində Şuşada keçirilən konfrans haqqında material dərc edilib

Budapeşt, 17 iyun, AZƏRTAC

“EU Politics” nəşri Şuşada keçirilən, Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümünə həsr edilmiş konfrans haqqında AZƏRTAC-a istinadla məlumat yayıb (https://eu-politics.jimdofree.com/promoted-content/shushaconference2022).

Xatırladaq ki, işğaldan azad edilmiş Şuşa şəhərində keçirilən “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfrans iki qardaş dövlətin aktivində belə bir tarixi bəyannamə imzalanmasının ildönümünə həsr edilib.

Nəşrin materialında konfransın iştirakçıları barədə məlumat verilir, o cümlədən bu tədbirin məşhur qonaqlarının adları çəkilir.

Bildirilir ki, konfransın əvvəlində Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənib, hər iki ölkənin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümünə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.