İQTİSADİYYAT


Avropa Pul Viktorinasının seçim turunda iştirak edən şagirdlər üçün interaktiv təlim təşkil olunub

Bakı, 17 may, AZƏRTAC

"Maliyyə və rəqəmsal texnologiyalar həftəsi" çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatasının və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə "Kapital Bank" ASC-nin "Human Kapital Center" adlı mərkəzində Avropa Pul Viktorinasının seçim turunda iştirak edən və ikinci mərhələyə keçən 70 nəfər şagirdə rəqəmsal maliyyə texnologiyaları və startaplar haqqında interaktiv təlim keçirilib.

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimdə "IT karyera yolu" və "Dünya pulları" mövzuları üzrə interaktiv seminarlar təşkil edilib. Bundan əlavə, şagirdlərə maliyyə və rəqəmsal texnologiyalar sahəsində fəaliyyət göstərən startaplar haqqında geniş məlumat verilib, təlim zamanı yaranmış suallar ətraflı cavablandırılıb.

Seminarlarda təlimçi qismində "İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi" MMC-nin, "Dərs Evi" tədris mərkəzinin və "Bd Kids" təşkilatının mütəxəssis və müəllim heyəti çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.