İDMAN
Avropa Qran-prisi ərəfəsində “Bakıda yürüşə” adlı kvest təşkil edilib
Bakı, 18 iyun, AZƏRTAC
Avropa Qran-prisi ərəfəsində “F1News.ru” saytı “Baku City Circuit” şirkəti və “GP2 Russian Time” komandası ilə birlikdə “Bakıda yürüşə” adlı kvest təşkil edilib. Kvestə bir neçə gün bundan əvvəl yekun vurulub.
AZƏRTAC xəbər verir ki, iyunun 17-də və 18-də kvestin qalibləri “Russian Time” komandasının bokslarına baş çəkib, komandanın rəhbəri Svetlana Strelnikova ilə, həmçinin yürüşçülər Artyom Markelov və Rafaele Marçyello ilə tanış olublar. Qonaqlar pilotlarla söhbət edib, onlardan avtoqraf alıb, mexaniklərin maşınları starta necə hazırlamalarına baxıblar. Bundan sonra pilotlar və komandanın rəhbərləri ilə birlikdə kiçik fotosessiya təşkil edilib.
“Russian Time” komandasının rəhbəri Svetlana Strelnikova deyir: “Qalibləri salamlamaq bizim üçün çox xoş oldu. Komanda iki görüş keçirib, çünki qaliblər Bakıya ayrı-ayrı günlərdə gəliblər. Lakin yürüşçülər bizim onlarla söhbət etməyimiz üçün vaxt tapıblar. Ümidvaram ki, burada vəziyyət uşaqların xoşuna gəlib və növbəti dəfə biz qonaqları qəbul edəcəyik. Ola bilsin ki, onda Artyom artıq “Formula-1” yürüşlərində çıxış edəcək”.