DÜNYA
“Avropa Sülh Fondu” Gürcüstanın Müdafiə Qüvvələrinə 12,75 milyon avro yardım göstərəcək
Tbilisi, 3 dekabr, AZƏRTAC
“Avropa Sülh Fondu” Gürcüstanın Müdafiə Qüvvələrinə 12,75 milyon avro həcmində maliyyə yardımı göstərəcək.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Avropa İttifaqı qərar qəbul edib. Qərara əsasən bu yardım Gürcüstan Müdafiə Qüvvələrinin döyüş qabiliyyətini, eləcə də böhran və ya fövqəladə vəziyyətlərdə mülki əhaliyə xidmət göstərmək imkanlarını genişləndirəcək.
Aİ-nin xarici əlaqələr bölməsindən bildirilib ki, 12,75 milyon avro həcmində vəsait Gürcüstana 36 ay ərzində təqdim olunacaq.
Sənəddə qeyd edilir ki, yardım əsasında ölkənin müdafiə qüvvələri tibbi və mühəndis avadanlığı, həmçinin, mülki nəqliyyat vasitələri ilə təmin ediləcək.
Aİ-nin qərarına əsasən Moldova 7 milyon, Ukrayna 31 milyon, Mali isə 24 milyon avro yardım alacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]