DÜNYA


Avropa anbarlarında qaz ehtiyatları maksimum səviyyədədir

Avropa anbarlarında qaz ehtiyatları maksimum səviyyədədir

Bakı, 16 yanvar, AZƏRTAC

Hazırda Avropanın yeraltı anbarlarında qaz ehtiyatlarının səviyyəsi 82 faizdir ki, bu da analoji dövr üçün maksimum göstəricidir.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Avropada temperaturun iqlim normasına qədər soyuyacağı barədə proqnozlar fonunda əksər ölkələrdə anbarlardan qaz götürülməsi prosesi artmağa başlasa da, uzun illərin göstəriciləri ilə müqayisədə minimum səviyyədə qalır.

“Gas Infrastructure Europe” assosiasiyasının məlumatına görə, yanvarın 14-də Avropa İttifaqı ölkələrinin yeraltı anbarlarına 59 milyon kubmetr qaz vurulduğu halda, onlardan 253 milyon kubmetr qazı çıxarılıb (2012-ci ildən bu yana ən aşağı göstərici). İsitmə mövsümünün başladığı noyabrın 14-dən bəri anbarlardan ümumilikdə 19,1 milyard kubmetr qaz götürülüb.

Hazırda Avropanın yeraltı qaz anbarlarının 81,7 faizi (88,47 milyard kubmetr) doludur ki, bu da son beş ilin eyni dövrü üçün orta göstəricidən 19 faiz çoxdur.

Bununla yanaşı, Avropa İttifaqının elektrik enerjisi istehsalında külək generasiyasının payı yanvarın əvvəlindən bəri yüksək olaraq qalıb – 26 faiz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.