İDMAN


Avropa birinciliyində uğurla çıxış etmiş taekvondoçularımızla görüş olub

Bakı, 24 noyabr, AZƏRTAC

Azərbaycan Taekvondo Federasiyasında (ATF) Bosniya və Herseqovinada gənclər arasında keçirilən Avropa birinciliyindən qayıdan idmançılar, komandanın baş məşqçisi, Əməkdar məşqçi Məmməd Abdullayev, böyük məşqçi Zahid Məmmədov, eləcə də idmançıların şəxsi məşqçiləri - Tural Vəlibəyov, Günay Zeynalova, Vüqar Kərimovla görüş keçirilib.

Taekvondo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, görüşdə iştirak edən ATF-in vitse-prezidentləri Nağı Səfərov, Niyaməddin Paşayev və nəzarət-təftiş komitəsinin sədri Vüqar Məmmədov mükafat qazanan idmançıları təbrik ediblər. Taekvondoçulara növbəti yarışlarda da uğurlar arzulayan federasiya rəhbərliyi, onlara hədiyyələr təqdim edib.

Sonda xatirə şəkli çəkdirilib.

Xatırladaq ki, qitə birinciliyində gənclərdən ibarət millimizin üç üzvü - Səyyad Dadaşov (51 kq) və Zemfira Həsənzadə (42 kq) qızıl medal, Pünhan Mürsəlov isə (45 kq) bürünc medal qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.