İDMAN


Avropa çempionatında çıxış edəcək yunan-Roma güləşçilərimiz müəyyənləşib

Bakı, 18 iyun, AZƏRTAC

Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, qitə birinciliyinin son 3 günündə yunan-Roma güləşçiləri mübarizə aparacaqlar.

Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədov və Rasim Ağayevin rəhbərliyi ilə Rahim Həsənov (45 kq), Fəraim Musafayev (48 kq), Pərviz Dadaşov (51 kq), Fərid Baxışlı (55 kq), Fərid Xəlilov (60 kq), Kənan Abdullazadə (65 kq), Ruslan Nurullayev (71 kq), Cocu Səmədov (80 kq) və Cavidan Nuri (92 kq) yarışda ölkəmizi təmsil edəcəklər.

İyunun 18-də 48, 55, 65, 80, 110, bir gün sonra isə 45, 51, 60, 71 və 92 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparacaqlar.

Ötən gün püşkatma mərasimi keçirilib və yeniyetmə pəhləvanlarımızın ilk rəqibləri müəyyənləşib. Belə ki, Rahim Həsənov Filip Çapka (Çexiya), Fəraim Mustafayev estoniyalı Oliver Qrauen, Pərviz Dadaşov Bolqarıstan təmsilçisi Borislav Kirilov, Fərid Baxışlı Yuhan Kristyuhan (Estoniya), Fərid Xəlilov gürcüstanlı Rati Xozrevanidze, Kənan Abdullazadə Türkiyə güləşçisi Nihat Kara, Ruslan Nurullayev almaniyalı Tom Stoll (Almaniya), Cocu Səmədov belaruslu Maksim Masiukeviç, Cavidan Nuri isə macarıstanlı Kriştian Kis ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.