DÜNYA
Avropada orqan donorlarının sayına görə İtaliya qadınları birinci yerdədir
Roma, 11 mart, AZƏRTAC
İtaliyanın Milli Transplantasiya Mərkəzinin yaydığı məlumata əsasən orqan donorluğuna görə italiyalı qadınlar sayca Avropada birinci yerdədir.
AZƏRTAC İtaliyanın “globalist.it” saytına istinadla xəbər verir ki, təşkilatın məlumatına əsasən Avropada donorların sayında qadın donorlar 58 faiz təşkil edir. İtaliyada isə orqan donorlarının 70 faizi qadınlardır.
Dərman Vasitələrinin Keyfiyyəti və Səhiyyə üzrə Avropa Direktoratının (DVKSAD) məlumatına görə İspaniyada bu göstərici 65 faiz, Böyük Britaniya və Türkiyədə 55 faiz, Fransada 48 faiz təşkil edir.
2001-2017-ci illərdə İtaliyada 3,487 nəfər böyrək və ya qaraciyər donoru olub.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]