MƏDƏNİYYƏT
“Avroviziya 2021” mahnı müsabiqəsi zamanı məhdudiyyətlər tətbiq olunacaq
Bakı, 30 aprel, AZƏRTAC
Bu il Hollandiyada keçiriləcək “Avroviziya 2021” mahnı müsabiqəsi zamanı məhdudiyyətlər tətbiq olunacaq.
AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə müsabiqənin rəsmi saytında bildirilib.
Məlumatda qeyd olunub: “Rotterdamdakı “Axoy” zalına 3,5 mindən çox insan buraxılmayacaq ki, bu da zalın tutumunun 20 faizini təşkil edir. Müsabiqəyə yalnız 2020-ci ildə alınmış biletlər keçərli olacaq. Biletlərin geniş kütlə üçün satışı nəzərdə tutulmayıb”.
Bildirilib ki, bileti olan şəxslər yalnız final, 2 yarımfinal və 6 məşqə buraxılacaqlar. İzləyicilər tədbirin başlanmasına 24 saat qalmış koronavirus testinin neqativ cavabını təqdim etməli olacaqlar.
Müsabiqəni izləmək üçün tibbi maskaların taxılması mütləqdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [22:00]
“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib
- 07.05.2024 [20:33]
“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb
- 07.05.2024 [16:38]
"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş konsert
- 07.05.2024 [16:37]