DÜNYA


Avstraliya “Boeing 737 MAX”-ın öz ərazisində uçuşlarına qadağa qoyub

Bakı, 12 mart, AZƏRTAC

Avstraliyanın mülki aviasiya uçuşlarının təhlükəsizliyi idarəsi (CASA) “Boeing 737 MAX” təyyarələrinin İndoneziya və Efiopiyada qəzaya uğraması ilə əlaqədar bu avialaynerlərin ölkə ərazisi üzərində uçuşlarına qadağa qoyub.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə CASA-nın bəyanatında deyilir.

“Bu müvəqqəti qadağadır, biz hələlik “Boeing 737 MAX” təyyarələrinin Avstraliyaya və Avstraliyadan uçuşları ilə bağlı riskləri qiymətləndirmək üçün yeni informasiyalar gözləyirik”, - deyə CASA-nın rəhbəri Şeyn Karmodi bildirib.

İdarənin məlumatına əsasən, Avstraliyanın heç bir aviakompaniyası “Boeing 737 MAX” laynerlərindən istifadə etmir, lakin iki xarici aviaşirkətə aid olan bu model təyyarələr ölkəyə uçuşlar həyata keçirir.

Xatırladaq ki, Əddis-Əbəbə şəhərindən Nayrobiyə uçan “Ethiopian Airlines” aviakompaniyasına məxsus “Boeing 737-MAX 8” təyyarəsi martın 10-da səhər saatlarında Efiopiyanın paytaxtından 60 kilometr şərqdə qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olub. Bu, son 5 ay ərzində həmin model təyyarənin iştirakı ilə baş verən ikinci aviasiya qəzasıdır. 2018-ci il oktyabrın 29-da İndoneziyanın “Lion Air” aviakompaniyasına məxsus “Boeing 737 MAX” təyyarəsinin qəzaya uğraması nəticəsində 181 sərnişin və 8 ekipaj üzvü həlak olmuşdu.

Efiopiyada baş verən qəzadan sonra Çin, İndoneziya, Böyük Britaniya və Cənubi Koreyanın aviakompaniyaları da “Boeing 737 MAX 8” təyyarələrinin uçuşlarını dayandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.