İDMAN


Avstraliyada, Formula 1 trası yaxınlığındakı oteldə koronavirusa yoluxma halı aşkarlanıb

Bakı, 11 mart, AZƏRTAC 

Melburnda, “Albert-Park” avtodromu yaxınlığında yerləşən otelin sahibləri otel sakinlərindən birinin koronavirusa yoluxması barədə xəbər veriblər.

AZƏRTAC “GPBlog” portalına istinadla xəbər verir ki, otel karantinə bağlanılıb, otel heyəti isə yaxın iki həftəni ev şəraitində keçirəcək. Lakin bu hadisənin fəsadlarının necə olacağı hələ ki, məlum deyil.

Yürüşün təşkilatçıları, öz növbəsində, əvvəlki kimi ümid edirlər ki, yürüş ştat rejimində keçiriləcək, tamaşaçılar isə tribunaya buraxılacaqlar.

Xatırladaq ki, dünya çempionatının iki mərhələsi artıq koronavirus epidemiyasından ziyan çəkib: Çin Qran-Prisi qeyri-müəyyən tarixədək təxirə salınıb, Bəhreyn mərhələsi isə tamaşaçısız keçiriləcək.

İndiyədək Avstraliyada koronavirusa 107 yoluxma halı aşkarlanıb. Nəticədə 3 nəfər ölüb, yoluxanlardan 21 nəfəri isə xəstəlikdən sağalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.